Masallı rayon İcra hakimiyyəti başçısının Təklə inzibati dairəsi üzrə nümayəndəliyində səyyar-görüş qəbul
1 may 2019-cu il tarixdə Masallı rayon İcra hakimiyyəti başçısının qrafikə uyğun olaraq növbəti səyyar görüş - qəbulu Sığıncaq kəndində keçirilmişdir.
Səyyar görüş- qəbulda 100-dən çox kənd sakini iştirak etmişdir.
Masallı rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov ölkəmizin sosial-iqtisadi inkişafı naminə dövlət səviyyəsində həyata keçirilən tədbirlərin, eləcə də son vaxtlar əhalinin rifah halının yaxşılaşdırılması, sosial problemlərin həlli istiqamətində ölkə rəhbərinin imzaladığı fərman və sərəncamların geniş icmalını verib, regionlara göstərilən diqqəti nəzərə çatdırıb, Masallıda görülən abadlıq-quruculuq işlərindən bəhs edib. O, cümlədən cənab Prezidentin tapşırığına əsasən Masallı rayonunda görülən işlər barədə ətraflı məlumat vermişdir.
Sonra rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov sakinlərdən onları narahat edən məsələlər barədə məlumat və təklif vermələrini istəmişdir.
Ərazi sakinlərindən Cavanşir Əhmədov, Əhmədağa Cəfərov, Sabir Mustafayev, Nazim Eyniyev, Fəxrəddin Tağıyev, İbadulla Ağayev, Yavər İsmayılov və başqaları çıxış edərək Xoşçobanlı kəndinin tam qazlaşdırılmasını, Sığıncaq kənd tam orta məktəbin qaz xəttinə qoşulmasını, güclü yağan yağışlar zamanı ərazinin su basmasının qarşısını almaqdan ötəri kanalların təmizlənməsi məsələsini gündəmə gətirmişlər.
Masallı rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov görüşü yekunlaşdıraraq, qaldırılan məsələlərin həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar vermişdir. Əksər məsələlər yerində həll olunmuşdur.