Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda rabitə işçilərinin peşə bayramı qeyd edildi

07 dekabr 2013 | 16:00

06 dekabr 2013-cü il tarixdə Masallı rayonun Telekommunikasiya Qovşağında  rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı qeyd olunmuşdur.
Tədbir iştirakçıları əvvəlcə Masallı şəhərindəki Heydər Əliyev parkında ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək abidəsi önünə gül dəstələri düzmüşlər.
Tədbirdə çıxış edənlər bu peşə bayramının Prezident İlham Əliyevin 2006-cı il 2 dekabr tarixli Sərəncamı ilə təsis olunduğunu bildirmişlər. Qeyd olunmuşdur ki, müstəqil Azərbaycanda rabitə sahəsi ümummilli lider Heydər Əliyevin hakimiyyəti illərində inkişaf etməyə başlamışdır və Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində bu istiqamətdə iş uğurla davam etdirilir.  

Keçidlər