Ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar Masallı Dövlət Regional Kollecində tədbir keçirilib
Mayın 7-də Yeni Azərbaycan Partiyası (YAP) Masallı rayon təşkilatının dəstəyi ilə Masallı Dövlət Regional Kollecində ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə ümummilli liderin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra çıxış edən Masallı Dövlət Regional Kollecinin direktoru Vidadi Nəzərov bildirib ki, ömrünü xalqımızın, dövlətimizin inkişafına, tərəqqisinə həsr edən ulu öndər Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycanın milli maraqlarını daim uca tutub. Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı olan bu böyük insan, yenilməz sərkərdə Azərbaycan dövlətinin, xalqının mənafeyi, müstəqilliyimizin möhkəmləndirilməsi, dövlətçiliyimizin, demokratiyanın inkişafı, xalqın rifah halının daha da yaxşılaşdırılması üçün fədakarlıqla çalışıb.
YAP Masallı Rayon Təşkilatının sədri Seyfəddin Əliyev çıxışında qeyd edib ki, ümummilli lider Heydər Əliyev müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olub.
Seyfəddin Əliyev müstəqil dövlətimizin memarı və qurucusu olan Heydər Əliyevin müasir Azərbaycan tarixindəki rolu, demokratik, hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi islahatlar, neft və sənaye sahələrinə verdiyi töhfələr, həyata keçirdiyi irimiqyaslı layihələrdən danışıb. O, vurğulayıb ki, Azərbaycanın müstəqil dövlət quruculuğunda, ölkənin sosial-iqtisadi inkişafında əldə etdiyi bütün nailiyyətlərin təməlində, heç şübhəsiz, ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş, Prezident İlham Əliyevin müasir dövrün reallıqlarına uyğun qətiyyət və ardıcıllıqla gerçəkləşdirdiyi mükəmməl strategiya, uğurlu xarici və daxili siyasəti dayanır.
Tədbirdə Kollecin tələbələrinin ifa etdikləri "Şanlı ömür" tamaşa-kompozisiyasında ulu öndərin 1993-cü ildə siyasi hakimiyyətə gəlməsi ilə bağlı ölkədə cərəyan edən hadisələr obrazlı şəkildə ifadəsini tapıb.
Sonda Kollecin müəllimi Camaləddin Əliyev partiya həyatında fəal iştirakına görə YAP rayon təşkilatının, tədbirlərdə xüsusi fəallığı ilə seçilən bir qrup tələbə isə Kollecin rəhbərliyi, rayon gənclər və idman idarəsinin fəxri fərmanları ilə təltif edilib.