Masallı Rayon İcra Hakimiyyəti başçısının Banbaşı inzibati dairəsi üzrə nümayəndəliyində səyyar-görüş qəbulu
8 may 2019-cu il tarixdə Masallı rayon İcra hakimiyyəti başçısının qrafikə uyğun olaraq növbəti səyyar görüş - qəbulu Banbaşı kəndində keçirilmişdir.Səyyar görüş- qəbulda 150-dən çox kənd sakini iştirak etmişdir.
Masallı rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov ölkəmizin sosial-iqtisadi inkişafı naminə dövlət səviyyəsində həyata keçirilən tədbirlərin, eləcə də son vaxtlar əhalinin rifah halının yaxşılaşdırılması, sosial problemlərin həlli istiqamətində ölkə rəhbərinin imzaladığı fərman və sərəncamların geniş icmalını verib, regionlara göstərilən diqqəti nəzərə çatdırıb, Masallıda görülən abadlıq-quruculuq işlərindən bəhs edib. O, cümlədən cənab Prezidentin tapşırığına əsasən Masallı rayonunda görülən işlər barədə ətraflı məlumat vermişdir.
Sonra rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov sakinlərdən onları narahat edən məsələlər barədə məlumat və təklif vermələrini istəmişdir.
Ərazi sakinlərindən Əzim Əzimov, Akif Feyzullayev, Yadigar Əzizov, Mais Əhədov, Mais Teymurov, Böyükxan Rəhimov, Dövlət Bayramov, Firudin Abışov, Ələşrəf Zeynalov və başqaları çıxış edərək uşaq başçasının tikilməsi, Binə Xocavar yolunun təmiri, uşaq pulunun verilməsi, Binə Xocavarda yeni məktəbin tikilməsi məsələsini gündəmə gətirmişlər.
Masallı rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov görüşü yekunlaşdıraraq, qaldırılan məsələlərin həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar vermişdir. Əksər məsələlər yerində həll olunmuş, digərləri nəzarətə götürülmüşdür.