Şriftin ölçüsü :

Saytın rəngi :

Masallı şəhərində şəhərsalma və tikinti seminarı keçirilmişdir

05 dekabr 2013 | 16:00

04 dekabr 2013-cü il tarixdə Masallı şəhər Gənclər Mərkəzində Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının şəhərsalma və tikinti məcəlləsinin tətbiqi məsələlərinə həsr olunmuş seminar keçirilmişdir.
Seminarı giriş sözü ilə açan Masallı rayon İcra hakimiyyəti başçısı aparatının Hüquq şöbəsinin müdiri Məmmədhüseyn Hüseynov tədbir iştirakçılarını salamlamış və tədbirin Masallı rayonunda da keçirilməsinə görə təşkilatçılara təşəkkürlərini çatdırdı.
Seminarda Milli Məclisin Şəhərsalma və tikinti şöbəsinin müdir müavini Səyyad Kərimov şəhərsalma və tikinti məcəlləsi barədə ətraflı məlumat verdi.
Sonra Masallı şəhər bələdiyyəsinin sədri Azər Baxışov, Banbaşı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Hörmət Balakişiyev, Banbaşı bələdiyyəsinin sədri Böyükxan Rəhimov və Güllütəpə bələdiyyəsinin sədri Məmmədəli Əlinağıyev çıxış edərək şəhərsalma və tikinti barədə suallarını Şəhərsalma və tikinti şöbəsinin müdir müavini Səyyad Kərimova ünvanladılar.

Keçidlər