Şriftin ölçüsü :

Saytın rəngi :

Gələcəyə Doğru Təşəbbüskar Tələbə Gənclər İctimai Birliyi Masallıda

04 dekabr 2013 | 16:00

03 dekabr 2013-cü il tarixdə Masallı şəhər 3 saylı tam orta məktəbində Gələcəyə Doğru Təşəbbüskar Tələbə Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə “Regionlarda məktəblilər arasında informasiya texnologiyaları” mövzusunda VIII-IX sinif şagirdləri arasında yarış keçirilmişdir.
Yarışı giriş sözü ilə açan Masallı şəhər 3 saylı tam orta məktəbinin direktoru Fəxrəddin Talıbov tədbirin məqsədinin gələcəyimiz olan gənclər üçün perspektivli bir rol olduğunu vurğuladı və təşkilatçılardan Gələcəyə Doğru Təşəbbüskar Tələbə Gənclər İctimai Birliyinin sədri Asif Səfərli yarışın məqsədi və gedişi ilə iştirakçıları tanış etdi.
Sonra qruplarla yarışan üç qrupa Fəxri fərmanlar və sertifikatlar təqdim edildi.
Sonda yarışda fərqlənən məktəblilər Aydan Seyfullayeva, Fidan Əliyeva, Könül Həmidova, Kamilə Şükürova, Füzuli İmanov, Şəfa Allahverdiyeva və Könül Səfərova təşkilatçılar tərəfindən xüsusi fərqlənmə ilə  mükafatlandırıldılar.

Keçidlər