Masallıda BMT-nin İnkişaf Proqramının nümayəndələri ilə görüş keçirilib
17 may 2019-cu il tarixdə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (UNDP) "Ölkə proqramı üzrə müstəqil qiymətləndirmə" missiyası və nümayəndələri Masallıya səfər ediblər.
Masallı Rayon İcra Hakimiyyətində qonaqlarla keçirilən görüşdə RİH başçısı cənab R.Hüseynov ölkədə aparılan uğurlu iqtisadi islahatlar, rayonun tarixi, sosial-iqtisadi inkişafı, mədəniyyəti, turizm potensialı, əhalinin məşğulluğu barədə məlumat verib.
UNDP-nin qiymətləndirmə missiyasının rəhbəri Elinor Bajraktari, həmçinin müvafiq monitorinq və qiymətləndirmə çərçivəsinin hazırlanmasında UNDP tərəfindən təmin edilən ekspert dəstəyi və donor qurumları ilə koordinasiyada əməkdaşlığı yüksək qiymətləndirib.
UNDP-nin qiymətləndirmə missiyasının rəhbəri Elinor Bajraktari Masallıda görülən işlərin icrası və monitorinqində nəzərə alınması, UNDP-nin qadınların iş proseslərinə töhfəsi barədə Azərbaycanın, o cümlədən Masallıda maraqlı iş təcrübəsinin olduğunu bildirib.
Görüşdə əməkdaşlıq imkanları müzakirə edilib.
Müzakirələr zamanı şaxələndirmə, insan - qadın və gənclər kapitalı gələcək əməkdaşlıq istiqamətləri kimi təklif edilib.
E.Bajraktari və nümayəndə üzvləri rayona səfərlərindən məmnunluqlarını bildiriblər.
Masallının görməli yerləri ilə tanışlıq qonaqlarda xoş təəssürat yaradıb.