Masallıda jurnalistlərin növbəti infoturu
18 may 2019-cu il tarixdə Masallıda jurnalistlərlin növbəti infoturu keçirildi
Vaxtaşırı belə görüşləri təşkil etmək Masallıda artıq ənənə şəklini alıb. Budəfəki tədbirə ölkənin aparıcı sayt və qəzetlərinin rəhbərləri və əməkdaşları qatılmışdı.
Masallı RIH başçısı cənab R.Hüseynov KİV nümayəndələri ilə ənənəvi görüşünü jurnalist sənətinə, jurnalistlərə olan hörmətindən danışdı.
O, rayonda həyata keçirilən islahatlar haqqında ətraflı məlumat verib ildirdi ki, Masallıda görülən işlər respublika Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan işlərin tərkib hissəsidir. Masallı indi islahatların əsas mərkəzlərindən sayılır. Qeyri-neft sektorunun inkişaf etdirilməsi indi əsas vəzifələrdən biridir. Hazırda rayonda çayçılığın, çəltikçiliyin inkişaf etdirilməsi üzrə layihələrə uğurla icra edilir. Sovetlər dönəmində 17 min hektara yaxın əkin sahəsi olan rayonda hal-hazırda 18 min hektar sahədə əkin əkilir. Görülən işlər, son nəticədə, insanların sosial rifahının yüksəldilməsinə istiqamətlənib.
Daha sonra rayon rəhbəri son illər Masallıda görülən işlərdən söz açdı. O, çıxışında qeyd etdi ki, hər birimizin bir-birimizə ehtiyacımız var. Üzbəüz görüşlərin faydası isə daha faydalı olur. Bəzi müqayisələr aparsaq görərik ki, Masallının ən fərqli cəhəti odur ki, burada hər kvadratmetrə düşən insanların sayı ölkə üzrə müqayisədə ən azı 3 dəfə çoxdur. Artım dinamikasına nəzər salsaq, bu gün 225 minə yaxın əhalisi olan Masallıda 2030-cu ildə təxminən 295-300 min nəfər insan yaşayacaq. Öncə biz buna hazır olmalıyıq.
Ölkəmizin inkişaf tempinə nəzər salsaq Azərbaycan Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən 100 il irəlinin işi görülüb, yaxın 7 ildə Masallının da əksər problemləri həll olunub, misli görülməmiş tikinti-quruculuq işləri aparılıb. Qazlaşma və su sistemi tam başa çatmaq üzrədir. Əgər belə demək mümkünsə, Masallının şəhər problemi də yoxdur. Ötən illərin göstəricilərinə görə 212 min əhalisi olan bir rayonun 9 minlik şəhər əhalisi, 98 hektarlıq şəhər ərazisi var idi. Bu sahədə məqsədəuyğun tədbirlər nəticəsində hazırda Masallı şəhərinin ərazisi 2400 hektara çatıb. Şəhərdəki küçələrin sayı artıb.
Artıq Masallı şəhərinin 2034-cü ilə qədər olan baş planı ictimaiyyət tərəfindən təsdiq olunub. Baş plan Nazirlər Kabineti tərəfindən təsdiq edilib və dövlət planına daxil olub. Yəqin ki, bu baş plana uyğun şəhər mərkəzində müfafiq dəyişikliklər aparılacaq. Ümumiyyətlə, turizm məsələsi fəaliyyətimizdə başlıca istiqamət təşkil edəcək. Biz istəyirik ki, elə istirahət bazası yaradaq ki, bu mərkəzlər bütün ilboyu və yüksək xidmətlə işləyə bilsin. Ekoturizm inkişaf etsin.
Bütün hallarda nəzərə alırıq ki, Masallı kənd təsərrüfatı rayonudur. Torpaq az, işləmək istəyən çox. Rayonun ərazisi dağlıq və aran hissədən ibarətdir. Dağlıq hissədə qələviləşmiş torpaqlar olduğu üçün burada taxılçılığın inkişafı mümkünsüzdür. Bütün güc çayçılığa və subtropik bitkilərə verilməlidir. Muğan zonasında isə şoran torpaqlar daha çoxdur. Ən adi müqayisələrdə də bəlli olur ki, bir hektarda əkilmiş kartof, çiyələk eyni miqdar ərazidə əkilən taxıldan xeyli artıq gəlir gətirir və daha çox insanın işlə təmin olunmasına imkan yaradır.
Masallının sənaye potensialı qonşu rayonlara nisbətən xeyli çoxdur. Bu da Masallıda tikiti materiallarının (kərpic istehsalının) və mebel istehsalının daha çox olması ilə bağlıdır. Bu gün Masallıda şəxsi evlərdə elə yüksək keyfiyyətli mebellər istehsal olunur ki, onları Bakıda Txaricdə istehsal olunmuş mebel kimi satırlar.
Cənab R.Hüseynov bildirib ki, Viləş çayının Masallı şəhərinin ortasından keçən hissəsindəki sağ və sol sahilinin tikilib başa çatdırılması - bulvar olması artıq reallaşmaq üzrədir.
Mediya nümayəndələri görüşdən olduqca razı qaldılar və arzu etdilər ki, belə tədbirlər davamlı olsun.
İnfotur maraqlı diskussiya şəraitində keçdi.
Jurnalistlər şəhər və kəndlərimizi gəzib, baxmalı yerlərinə tamaşa etdilər.