Şriftin ölçüsü :

Saytın rəngi :

Musa Quluzadə - 80

23 may 2019 | 16:00

Masallıda tanınmış tarixçi alim, yazıçı-publisist Musa Quluzadənin 80 illik yubileyi qeyd edilib

23 may 2019-cu il tarixdə Masallı şəhər Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Tarix” kafedrasının professoru, Əməkdar müəllim, Azərbaycan Yazıçılar Birliyinin üzvü Musa Quluzadənin 80   illiyi münasibətilə yubiley tədbiri keçirilib.
Yubiley tədbirində rayon ictimaiyyətinin nümayəndələri, icra hakimiyyətinin, təhsil şöbəsinin məsul işçiləri, ziyalı və ağsaqqallar, yaradıcı insanlar, alim-yazarın dostları, qohumları və digər qonaqlar iştirak ediblər.
Əvvəlcə Heydər Əliyev Mərkəzinin foyesində istedadlı alimin əsərlərindən ibarət sərgiyə baxılıb.
Sonra yazıçı-publisist , tarixçi alimin həyat yolundan bəhs edən videoçarx izlənilib.
Tədbiri giriş sözü ilə açan Masallı rayon Ağsaqqallar Şurasının sədri, Azərbaycan Yazıçılar Birliyinin üzvü Ələşrəf Niftiyev Musa Quluzadənin həyat və yaradıcılığından danışıb. Deyib ki, Musa Nizam oğlu Quliyev  1939 -cu il mayın 20-də Masallı rayonunun Xıl kəndində, əməkçi ailəsində anadan olmuşdur. Orta məktəbin 7-ci sinfini əla şəhadətnamə ilə bitirən Musa Quluzadə Lənkəran Kənd Təsərrüfatı Texnikumunda ( 1955-1959) , daha sonra  Azərbaycan Dövlət Universitetinin iqtisadiyyat fakültəsində (1960-1971) təhsil almışdır.
Təhsilini başa vurduqdan sonra bir müddət partiya orqanlarında müxtəlif vəzifələrdə çalışmış, daha sonra həmin dövrün sayılıb-seçilən müəssisələrindən olan Mərkəzi Dövlət muzeyində elmi işçi kimi fəaliyyətə başlamış, sonradan muzeyin elmi işlər üzrə direktor müavini (1971-1991) olmuşdur.
Bir müddət Bilik cəmiyyətində sədr müavini işləmiş, ADU-da tələbələrə tarix fənnini tədris etmişdir.  1991 -ci ildən Prezident yanında Dövlət İdarəçilik Akademiyasının tarix kafedrasında dosent kimi fəaliyyətə başlamışdır. Hazırda akademiyada aspirantura, doktorantura şöbəsinin müdiridir. 1984-cü ildən Azərbaycan Yazıçılar İttifaqının üzvü olan Musa Quluzadə 1 5 -dən çox bədii kitabın müəllifidir.
Tədbirdə çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, nüfuzlu ziyalı, alim, yazıçı-publisist Musa Quluzadəni dövlətçiliyimizə sədaqətli ictimai siyasi xadim kimi dəyərləndirib.   Rayon rəhbəri bildirib ki, M.Quluzadə ədəbi yaradıcılığında, siyasi-elmi fəaliyyətində olduğu kimi, həyatda da olduqca səmimi insandır. Mənim zənnimcə onun milli-mənəvi, insani keyfiyyətləri, şəxsiyyəti bütün sadalanan titullarından üstündür...
Yubiley tədbirində Prezident təqaüdçüsü Şirvan Əbilov, Milli Məclisin üzvü Fəzail İbrahimli, Yeni Azərbaycan Partiyası Masallı Təşkilatının sədri Seyfəddin Əliyev, “Masallı ziyalıları” ictimai birliyinin sədri Qardaş Fətullayev, yazıçı-dramaturq, Əməkdar incəsənət xadimi Ağalar İdrisoğlu, Masallı Tarix-Diyarşünaslıq Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Əntiqə Tağıyeva, müəllimlər Səxavət Əliyev, Cəbrayıl Əlili və başqaları çıxış edərək Musa Quluzadənin keçdiyi həyat yolu barədə fikirlərini bölüşub, onu gözəl dost, ailə başçısı və səmimi insan kimi dəyərləndirib, yubileyi münasibətilə təbrik ediblər.
Tədbirdə yubilyara fəxri fərman və qiymətli hədiyyələr təqdim edilib.
Musa Quluzadə tədbir təşkilatçılarına və iştirakçılara öz minnətdarlığını bildirib və onun yublleyinin belə  yüksək səviyyədə keçirildiyinə görə qürur duyduğunu söyləyib. 
Sonda yubilyarla xatirə şəkli çəkilib.

Keçidlər