Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda “Ağıl Dəryası” İntellektual bilik yarışı

20 dekabr 2013 | 16:00

“Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının müvafiq bəndlərinin icrasının təmin ediləsi məqsədilə Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı və Masallı rayon Təhsil şöbəsinin dəstəyi  ilə                    18-19 Dekabr 2013-cü il tarixlərdə Gənclər Mərkəzində Masallı rayon tam orta ümumtəhsil məktəblərinin IX-X-XI sinif şagirdləri arasında   “Ağıl Dəryası” intellektual bilik yarışı üzrə Rayon  birinciliyi keçirilmişdir.

       Tədbirin açılış mərasimində rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov çıxış edərək iştirakçıları salamlamış və cənab Prezident İlham Əliyevin gənc nəslə xüsusi diqqət yetirdiyindən, onlara hər bir sahədə göstərilən qayğıdan və respublikada dövlət gənclər siyasətinin uğurlu inkişafından danışmış,        tədbirin məqsəd və vəzifələri haqqında məlumat vermişdir.
“Ağıl Dəryası”  İntellektual oyununun keçirilməsində əsas məqsədin gənclərin intellektual səviyyəsini, dünyagörüşünü, zehni inkişafını stimullaşdırmaq, onlar arasında bilik və elmin nüfuzunu artırmaq, Azərbaycanın zəngin milli mədəniyyətinin və tarixinin təbliği eləcə də gənclərin asudə vaxtlarının səmərəli təşkili istiqamətində yeni üsullar tətbiq etməkdən ibarət olduğu bildirilmişdir.

İki gün davam edən bilik yarışında 42 məktəbin komandasından 210 nəfər şagirdin öz bilik -bacarıqlarını və intellektual səviyyələrini sınamışlar. Yarışın yekununda Bala Kolatan tam orta  məktəbinin komandası I yer, Şəhər 4 saylı tam orta məktəbin komandası II yer , Bədalan kənd tam orta məktəbin komandası III yerə layıq görülmüşdür.

Fəallığına  görə isə  Qəriblər kənd tam orta məktəbin komandası və Qızılağac kənd 2 saylı tam orta məktəbin komandası diplomla təltif edilmişdir.

         Rayon  birinciliyində  qalib gəlmiş  bütün  komanda   üzvləri     Rayon  Gənclər və İdman idarəsi tərəfindən  diplom, medal və qiymətli hədiyyələrlə  təltif olunmuşlar.

Keçidlər