Şriftin ölçüsü :

Saytın rəngi :

Gənclər və idman naziri Masallıda vətəndaşları qəbul edib

24 may 2019 | 16:00

Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimov mayın 24-də Masallı rayonunda Masallı, Cəlilabad, Yardımlı rayonlarından olan vətəndaşları qəbul edib.
10-dan çox vətəndaşın iştirak etdiyi qəbulda müraciətlərin əksər hissəsi gənclər və idman sahəsi ilə bağlı olub. Digər müraciətlər isə Olimpiya İdman komplekslərinin, Gənclər evlərinin, eyni zamanda, digər idman qurğularının tikintisi və təmiri, onların idman avadanlığı ilə təmin olunması, yeni uşaq-gənclər idman məktəblərinin, qeyri-hökumət təşkilatlarının yaradılması, fəxri adların və məşqçilik dərəcələrinin verilməsi ilə bağlı olub.
Bir sıra müraciətlər yerindəcə həllini tapıb. Nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətlərin isə qeydə alınaraq aidiyyəti üzrə göndəriləcəyi bildirilib. Müraciətlərin bir qismi isə baxılması üçün icraya yönəldilib.

Keçidlər