Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Masalllıda təqdimatı

24 may 2019 | 16:00

24 may 2019-cu il tarixdə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası fəaliyyətə başlamasının 10 illiyi və regionların sosial-iqtisadi inkişafında QHT-lərin rolu və Şuranın Sürətli Əlaqələndirmə və Layihələrin İdarəetmə Sistemi – “SƏLİS”ə daxil olan e-vətəndaş proqramının Masallı rayonunda ictimaiyyətə təqdimatı keçirilib.

Tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin başçısının müavini Nəsir Muxtarlı və Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov, rayonda fəaliyyət göstərən Qeyri-Hökumət təşkilatlarının rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə Şuranın 10 illik fəaliyyətindən bəhs edən film nümayiş olunub.
Daha sonra məruzə ilə çıxış edən Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov vurğulayıb ki, Şuranın yaranması əsasını ulu öndər Heydər Əliyevin qoyduğu müstəqil Azərbaycan dövlətinin vətəndaş cəmiyyətinə olan yüksək diqqətinin təzahürüdür.
Toplantıda çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısının müavini Nəsir Muxtarlı Şuranın dəstəyilə ölkə QHT-lərinin milli maraqlarımızın qorunması və ictimai maarifləndirmə istiqamətində gördüyü işlərin təqdirəlayiq olduğunu bildirib. Masallı Rayon İcra Hakimiyyətinin başçısının müavini Şuranın regionlarda da yerli QHT və icra qurumları ilə səmərəli əməkdaşlıq münasibətləri qurduğunu diqqətə çatdırıb.
Masallı Rayon İcra Hakimiyyətinin başçısının müavini Nəsir Muxtarlı son illərdə rayonda bir sıra ictimai birliklərin təsis edilməsini masallıların ölkəmizdə vətəndaş cəmiyyəti quruculuğu işinə töhfəsi kimi dəyərləndirib. Bildirilib ki, Masallıda bir sıra ictimai əhəmiyyətli mənəvi məsələlərin həllinə kömək olmaq və mental dəyərlərin qorunması məqsədlidir. Gənclərin vətəndaş cəmiyyəti quruculuğu sahəsindəki fəaliyyətlərini artırmaq məqsədilə rayonda ictimai birlikləri təsis edilib. Hazırda Masallıda dövlət və beynəlxalq əhəmiyyətli bütün mühüm tədbirlərdə bu ictimai birliklərin yaxından iştirak etdiklərini və təşəbbüslər irəli sürdüyünü deyən Masallı Rayon İcra Hakimiyyətinin başçısının müavini Nəsir Muxtarlı bildirib ki, rayonda gənclərin bu cür fəaliyyəti bundan sonra da dəstəklənəcək.

Keçidlər