Masallı təhsilinin uğuru
28 may 2019 | 16:00
11-ci sinif şagirdləri üçün 2019-cu il aprelin 21-də keçirilmiş buraxılış imtahanının (qəbul imtahanının birinci mərhələsinin) nəticələri elan olunub.
İmtahanda Masallı rayonu 4 saylı Digah tam orta məktəbin məzunu Səfərov Şəhriyar Şahin oğlu bütün tapşırıqlara düzgün cavab verib və maksimum nəticə - 300 bal toplayıb.
Qeyd edək ki, buraxılış imtahanında (qəbul imtahanının birinci mərhələsində) abituriyentlərə tədris dili fənnindən 30, riyaziyyat fənnindən 25, xarici dil fənnindən 30 tapşırıq olmaqla ümumilikdə 85 tapşırıq təqdim olunur.
Əldə etdiyi nəaliyyət münasibəti ilə rayon İcra hakimiyyətinin kollektivi adından Şəhriyar Səfərovu təbrik edir, gələcək təhsilində uğurlar arzulayırıq!