Şriftin ölçüsü :

Saytın rəngi :

Masallı Rayon İcra Hakimiyyəti başçısının Tüklə inzibati ərazi dairəsi üzrə nümayəndəliyində səyyar-görüş qəbulu

29 may 2019 | 16:00

29 may 2019-cu il tarixdə Masallı Rayon İcra Hakimiyyəti başçısının qrafikə uyğun olaraq növbəti səyyar görüş - qəbulu Tüklə kəndində keçirilmişdir. Səyyar görüş- qəbulda 100-ə yaxın kənd sakini iştirak etmişdir.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov ölkəmizin sosial-iqtisadi inkişafı naminə dövlət səviyyəsində həyata keçirilən tədbirlərin, eləcə də son vaxtlar əhalinin rifah halının yaxşılaşdırılması, sosial problemlərin həlli istiqamətində ölkə rəhbərinin imzaladığı fərman və sərəncamların geniş icmalını verib, regionlara göstərilən diqqəti nəzərə çatdırıb, Masallıda görülən abadlıq-quruculuq işlərindən bəhs edib. O, cümlədən cənab Prezidentin tapşırığına əsasən Masallı rayonunda görülən işlər barədə ətraflı məlumat vermişdir.
Sonra rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov sakinlərdən onları narahat edən məsələlər barədə məlumat və təklif vermələrini istəmişdir.
Ərazi sakinlərindən Rəvan Məmmədov, Mirnağı Mənsimov, Əbülfət Şamıyev, Bakir Dadaşov, Ramazan Hüseynov, Şəkərəli Qubadov, İntiqam Hüseynov, Nadir Mehdiyev  və başqaları çıxış edərək şəhid Ə.İbadov adına məktəbin təmiri ilə, çayçılığın inkişafına kömək edilməsi, torpaqla, elektrik dirəklərinin dəyişdirilməsi, kənddə ekoturizmin inkişafına dəstək verilməsi, ərazidə aptekin yaradılması, xəstə övladın kömək göstərilməsi və s. bağlı  məsələlərini gündəmə gətirmişlər.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov görüşü yekunlaşdıraraq, qaldırılan məsələlərin həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar vermişdir. Əksər məsələlər yerində həll olunmuş, digərləri nəzarətə götürülmüşdür.

Keçidlər