Masallıda “Erkən nikah-uğursuz gələcəyin təməlidir” mövzusunda seminar-müşavirə
31 may 2019-cu il tarixdə Masallı rayon Gənclər və İdman İdarəsinin və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə Gənclər arasında erkən nikah halların qarşı mübarizə işinin gücləndirilməsi məqsədilə “Erkən nikah-uğursuz gələcəyin təməlidir” mövzusunda seminar-müşavirə keçirilib
Tədbiri giriş sözü ilə açan Masallı Rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov bildirmişdir ki, tədbirin məqsədi gənclər arasında daha çox yayılan erkən nikah hallarının qarşısının alınması istiqamətində məlumatsızlığın aradan qaldırılması, insan hüquqlarının pozulması, zorakılıq halları, təhsildəki problemlərlə bağlı zərərin azal-dılmasına tövhə vermək, dövlət və vətəndaş cəmiyyətinin səylərinin əlaqələndirilməsi, gənclərin hüquqlarının müdafiasi və ailə institutunun gücləndirilməsidir.
Tədbirdə Rayonun fəal gənclərindən, T.Əhmədov,Niyazi Əliyev və başqaları bildiriblər ki, qaldırılan problemin region üçün aktual olduğunu və bu tədbirin iştirakçılar üçün faydalı təsiri olacağını xüsusi vurğuladılar.
Diskusiya şəraitində keçən tədbirin sonda tədbir iştirakçılarına müzakirə olunan mövzuya dair bukletlər paylanıb.