Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda " Dini radikalizm, narkomaniya və erkən nikahlarla mübarizədə təhsilin rolu " mövzusunda tədbir

03 iyun 2019 | 16:00

03 iyun 2019-cu il tarixdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsi, Masallı Rayon Polis Şöbəsi və Masallı Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Masallı şəhəri Rafiq Əlihəsənov adına 1 nömrəli tam orta məktəbində “Dini radikalizm, narkomaniya və erkən nikahlarlamübarizədə təhsilin rolu” mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov, Masallı Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Habil Əmiraslanov, Masallı Rayon Təhsil Şöbəsinin müdiri Tariyel Əkbərov, "Tərəqqi" medallı Əməkdar müəllim Mirqabil Hüseynov, valideynlər, müəllim və şagirdlər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Masallı Rayon Təhsil Şöbəsinin müdiri Tariyel Əkbərov bildirib ki, gəncləri dini radikal qrupların təsirindən uzaq tutmaq üçün onlara dolğun bilik vermək, həmçinin İslam dinini düzgün şəkildə, olduğu kimi çatdırmaqdır. O, belə tədbirlərin təhsil ocaqlarında keçirilməsinin yeniyetmə və gənclərin dini maarifləndiriliməsində və onların dini radikal qrupların təsirindən uzaq olmasında mühüm əhəmiyyət daşıdığını qeyd edib.

DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov tədbirin əhəmiyyətindən danışıb. Qeyd edib ki, İslam dünyasında son vaxtlar  radikallıq meyllərinin artması ilk öncə İslamın özünə böyük bir zərbədir. Natiq həmçinin dini radikalizmin İslam aləmində yaratdığı fəsadlardan və bundan da ən cox  zərər görən  İslam dünyasının olduğunu vurğulayıb.

Masallı Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Habil Əmiraslanov çıxış edərək bildirdi ki, bu gün bəşəriyyəti düşündürən, narahat edən ən ağrılı problemlərdən biri və ən başlıcası, cəmiyyətin ciddi bəlasına, xalqın, millətin təhlükə mənbəyinə çevrilən narkomaniyadır. O bu bəlaya qarşı aparılan mübarizə metodlarından istifadə etməyin lazım olduğunu, bu sahədə ciddi addımların atılmasının, təbliğat işlərinin artıtılmasının vacibliyini diqqətə çatdıraraq vurğuladı ki, narkomaniya insanları ölümə doğru gedən yola aparır və bu yolda insanlar təkcə özlərini deyil, onlara aid olan bütün dəyərləri itirir.

Digər çıxış edənlər mövzu ətrafında fikirlərini bölüşüblər.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırlıb.

Keçidlər