Şriftin ölçüsü :

Saytın rəngi :

MASALLIDA 31 DEKABR DÜNYA AZƏRBAYCANLILARININ HƏMRƏYLİYİ GÜNÜ VƏ YENİ İL MÜNASİBƏTİ İLƏ TƏDBİR KEÇİRİLMİŞDİR

31 dekabr 2013 | 16:00

31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə Masallı rayonunda bir sıra silsilə tədbirlər həyata keçirilir. Belə tədbirlərdən biri də 30 dekabr 2013-cü il tarixdə Nizami Gəncəvi adına Masallı şəhər Mədəniyyət Mərkəzində keçirilmişdir. Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək abidə önünə təzə tər gül dəstələri düzmüşlər.

            Tədbirdə Masallı rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov, ictimaiyyət  nümayəndələri, rayon ağsaqqalları, ziyalıları, idarə müəssisə və təşkilat rəhbərləri iştirak etmişlər.

            Yığıncağı Masallı rayon İcra hakimiyyəti başçısı Rafil Hüseynov açaraq tədbir iştirakçılarını salamladı və onların simasında bütün Masallı rayon sakinlərini 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və yeni il  münasibətilə təbrik edərək 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün təsisçisi və yaradıcısı Ulu öndər Heydər Əliyevin dünya Azərbaycanlılarına olan diqqətindən və bu həmrəyliyi günü-gündən möhkəmləndirən cənab Prezident İlham Əliyevin daxili və xarici siyasətinin səmərəli nəticəsini tədbir iştirakçılarının diqqətinə çatdırdı.

            Tədbirdə rayon Şərəfə kənd tam orta məktəbinin direktoru Taleh Əkbərov və Masallı rayon Mərkəzi Xəstəxanasının mama-ginekoloqu Cahan Mustafayeva çıxış edərək günü-gündən gözəlləşən ölkəmizin uğurlarından dünya Azərbaycanlılarının həmrəyliyindən və dünya ölkələri arasındakı mövqeyindən danışdılar.

 Sonra Masallı rayon Mədəniyyət və turizm şöbəsinin özfəaliyyət kollektivi və rayonun tanınmış musiqiçilərinin ifasında rəngarəng konsert proqramı ilə davam etmişdir.

Keçidlər