Şriftin ölçüsü :

Saytın rəngi :

Masallı təhsilinin növbəti uğuru!

10 iyun 2019 | 16:00

10 iyun 2019-cu il tarixdə Beynəlxalq Muğam Mərkəzində 2018-2019-cu tədris ilində məktəblilərin respublika yaradıcılıq festivalı qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Əvvəlcə tədbir iştirakçıları mərkəzin foyesindəki rəsm sərgisi ilə tanış olublar.
Tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov xüsusi fəallığı ilə fərqlənən istedadlı uşaq və gənclərin aşkara çıxarılması, onların gələcəkdə ixtisas və peşə seçiminə kömək göstərilməsi, eləcə də ümumtəhsil məktəblərinin müvafiq sahələr üzrə sinifdənxaric və məktəbdənkənar fəaliyyətlərinin qiymətləndirilməsi baxımından müsabiqələrin əhəmiyyətindən danışıb.
Qeyd olunub ki, festivalda respublikanın 598 ümumtəhsil məktəbindən 5 min 306 məktəbli iştirak edib.
Sonra festival qaliblərinin qiymətləndirilməsi nəticəsində dram, dekorativ-tətbiqi sənət və təsviri incəsənət, ekologiya nominasiyaları üzrə I, II və III yerlərə layiq görülmüş məktəblilərə diplom və hədiyyələr təqdim olunub.
Fərəhləndirici hal odur ki, festivalda II yerin qalibi olan Masallı rayon Dəmirçi kənd ümumi orta məktəbin komandası və məktəbin direktoru da təşkilatçılar tərəfindən mükafatlandırılıblar.
Qeyd edək ki, Festival Təhsil, Mədəniyyət, Ekologiya və Təbii Sərvətlər nazirlikləri tərəfindən təsdiq edilmiş əsasnaməyə uyğun olaraq keçirilib.
Festivalın keçirilməsində məqsəd məktəblilərdə yeni növ texnologiyalaradan istifadə edərək yaradıcı təfəkkür və açıq düşüncə tərzinin formalaşdırılması, onlarda ixtisas və peşə seçim imkanlarını təmin edən bacarıqlar aşılanması, ümumtəhsil məktəblərinin sinifdənxaric və məktəbdənkənar fəaliyyətlərinin qiymətləndirilməsindən ibarətdir.

Keçidlər