Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda mini-futbol üzrə açıq rayon birinciliyinə yekun vuruldu

11 iyun 2019 | 16:00

10 iyun 2019-ci il tarixdə Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Təzə Alvadı kənd futbol meydançasında “28 May Respublika Günü”nə həsr olunmuş böyüklər arasında mini-futbol üzrə açıq Rayon birinciliyinə yekun vuruldu .

5 qrup üzrə may ayının 15-dən start götürən açıq Rayon birinciliyində Masallı rayon kənd komandaları ilə yanaşı Cəlilabar rayon komandaları da mübarizə aparmışdır. Birincilikdə ümumilikdə 20 komanda mübarizə aparmışdır.

Yarımfinal oyunlarında qalib gələn Böyük Xocavar kəndinin “Böyük Xocavar “ komandası və Binə Xocavar kəndinin “Binə Xocavar” komandası finalına yüksəldi.

10 iyun 2019-cu il tarixdə keçirilən Final oyununda Böyük Xocavar kəndinin “Böyük Xocavar “ komandası , Binə Xocavar kəndinin “Binə Xocavar” komandası ilə üz-üzə gəldi əsas oyunda qaliblər müyənləşməyib, beləki hər iki komanda rəqib qapılarına iki dəfə yol tapa bilib. Əsas oyun heç–heçə bitdiyindən qalibləri müyənləşdirmək üçün qapılara yeddi metirlik cərmə zərbələri təyin olunub.

Beləliklə Böyük Xocavar kəndinin “Böyük Xocavar “ komandası yeddi metirlik cərmə zərbələri dəqiq yrinə yetirərək 4: 3 hesabı ilə rəqibinə qalib gələrək açıq Rayon birinciliyinin qalibi adına layiq görülüb.

Qalib gəlmiş komandalar Masalllı rayon Gənclər və İdman İdarəsi tərəfində kubok və diplomlarla mükafatlandırılıb.

Keçidlər