Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda Hərbi xidmətə gedən çağırışçıların yola salınması mərasimi qeyd edildi

08 yanvar 2014 | 16:00

Gənclərin həqiqi hərbi xidmətə yola salınma mərasimini giriş sözü ilə açan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon şöbəsinin rəisi polkovnik-leytenant Cahangir İbrahimov çağırışçılara xidmətdə uğurlar arzulayıb.

Sonra rayon Icra Hakimiyyətinin başçısı Rafil Hüseynov hərbi xidmətə yola düşən gənclərə uğurlar arzulayaraq qeyd etdi ki, Azərbaycan ordusu Ali Baş Komandanın rəhbərliyi altında gec-tez düşmən tapdağı altındakı torpaqlarımızı azad edəcək. Bunun üçün ölkəmizin güclü ordusu və qüdrətli dövləti var.

Natiq hərbi xidmətin hər bir gənc üçün müqəddəs borc olduğunu diqqətə çatdırdı, Gənclərə vətənin keşiyində ayıq-sayıq dayanmağı, komandirlərin hər bir tapşırığını səylə yerinə yetirməyi arzuladı. Valideynlərdən Səadət Qurbanova və Qafqaz Müsəlmanları İdarəsi Cənub bölgəsi üzrə qazisinin müavini Hacı Mir Xaliq Ələmov çıxış edərək hərbi xidmətə yola düşəcək gəclərə öz xeyir-dualarını vermiş və uğurlu xidmət arzuldı.

Sonra Masallı Mədəniyyət Mərkəzinin özfəaliyyət kollektivinin ifasında şənlik təşkil edildi və çağırışçılar musiqi sədaları altında rəqs etdilər.

 Sonda Qafqaz Müsəlmanları İdarəsi Cənub bölgəsi üzrə Qazisinin müavini Hacı Mir Xaliq Ələmov çağırışçıları Müqəddəs Quran və Dövlət Bayrağının altından keçirərək hərbi xidmətə yola saldılar.

Keçidlər