Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda “Gənclərimizi radikal dini cərəyanlardan necə qoruyaq” mövzusunda dəyirmi masa

13 iyun 2019 | 16:00

13 iyun 2019-cu il tarixdə Gənclər Mərkəzində Gənclər və İdman İdarəsinin və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər planının 5.1 bəndinin 5.1.6 yarımbəndinin icra olunması Dini ekstremizm və ayrı-seçkilik çağırışlarına qarşı gəncləri səfərbər edən, onlar arasında milli-dini dözümlülük, sülhsevərlik, humanizm dəyərlərinin təbliği istiqamətində “Gənclərimizi radikal dini cərəyanlardan necə qoruyaq” mövzusunda dəyirmi masa keçirilib

Tədbirdə Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov çıxış edərək bildirdi ki, cəmiyyətimizin aparıcı hissəsi olan gənclərimizin milli-mənəvi dəyərlərə hörmət, vətənpərvərlik ruhunda tərbiyəsi, eləcə də onların qeyri-ənənəvi, radikal yönümlü dini təriqətlərin, pis vərdişlərin təsirindən qorunması, mənəviyyatımıza zidd dini cərəyanlara qarşı mübarizənin təşkil edilməsi istiqamətində rayonda ötən müddət ərzində müəyyən işlər görülmüş, rayon əhalisi, xüsusilə gənclər və ümumtəhsil məktəblərinin şagirdləri arasında vaxtaşırı maarifləndirmə tədbirlərin aparıldığını diqqətə çatdırdı

Tədbirdə C.Kazımov adına Qodman kənd tam orta məktəbinin Uşaq Birliyi təşkilsatının sədri Niyazi Əliyev,A.Qurbanov adına Rüdəkənar kənd tam orta məktəbinin Uşaq Birliyi təşkilsatının sədri Ramazan Şükürov və başqa fəal gənclər çıxış edərək ölkə gənclərinin milli-mənəvi dəyərlərə, yüksək vətənpərvərlik keyfiyyətlərinə malik olduğunu və gənclər arasında dini radikalizm, ekstremizmə qarşı mübarizə məqsədilə keçirilən tədbirlərin müstəsna əhəmiyyəti olduğunu bildiriblər

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Keçidlər