Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda tibb işçilərinin peşə bayramı qeyd olunub

17 iyun 2019 | 16:00

17 iyun 2019-cu il tarixdə Masallı şəhər Mərkəzi Xəstəxanasında tibb işçilərinin peşə bayramı qeyd olunub.

Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.
Tədbiri açan Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Cəlil Nəzərov ümummilli lider Heydər Əliyevin Azərbaycanda səhiyyənin inkişafı ilə bağlı xidmətlərindən söhbət açaraq, hazırda bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb. O, peşə bayramı münasibətilə rayonun səhiyyə işçilərini təbrik edərək, onlara gələcək işlərində uğurlar arzulayıb.
Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarında müəyyənləşdirilmiş tədbirlərə müvafiq olaraq  Mərkəzi Rayon Xəstəxanasının bir neçə il əsaslı təmir edildiyini deyən baş həkim artıq xəstələrin Rusiya, Türkiyə, İran və başqa ölkələrə deyil, rayonda fəaliyyət göstərən xəstəxanalarda müalicə olunduğunu bildirib.
Əhali arasında tibbi maarifləndirmənin böyük əhəmiyyət kəsb etdiyini söyləyən məruzəçi həmkarlar təşkilatının sədri İlqar Ramizoğlu ölkədə və rayonda  səhiyyənin müasir inkişafından, yeni texnologiyalar əsasında quruculuğundan və  başqa uğurlardan bəhs etmişdir.
Masallı Mərkəzi Xəstəxanası Ağsaqqallar şurasının sədri Zabit Talıbov, Masallı Rayon İcra Hakimiyyətinin baş məsləhətçi Nigar Kərimova və başqaları cənab Prezident İlham Əliyevin tapşırığına əsasən hər il ölkə əhalisinin tibbi müayinələrə cəlb olunmasını, dövlətimizin başçısının insanların sağlamlığının qorunmasına göstərdiyi diqqət və qayğının bariz nümunəsi kimi dəyərləndirib.
Tədbirdə çıxış edənlər respublikada, o cümlədən rayonda səhiyyənin inkişafına göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyev cənablarına minnətdarlıqlarını bildiriblər.

Keçidlər