Şriftin ölçüsü :

Saytın rəngi :

Lürən kəndində yeni tibb məntəqəsi açılışı

17 iyun 2019 | 16:00

17 iyun 2019-cu il tarixdə Masallı rayonunun Lürən kəndində tibb məntəqəsi üçün yeni binanın açılış mərasimi olmuşdur.

Tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov və aparatı, mərkəzi rayon xəstəxanasının baş həkimi Cəlil Nəzərov və kollektivi, ictimaiyyət nümayəndələri, KİV əməkdaşları və kənd sakinləri iştirak etmişlər.
Mərasimi açan Masallı RİHB-nın Lürən kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Zakir Əbilov, Masallı şəhər Mərkəzi Xəstəxanasının baş həkimi Cəlil Nəzərov, kənd ağsaqqallı Balakərim Yaqubov, Lürən kənd tibb məntəqəsinin müdiri Narıngül Cabbarova və başqaları bölgələrdə sosial problemlərin həlli, kəndlərdə tibbi xidmətin səviyyəsinin ildən-ilə yüksəldilməsi istiqamətində Masallıda böyük işlərin görüldüyünü diqqətə çatdırmış, bunun üçün Prezident cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və rayon rəhbərinə dərin minnətdarlıqlarını bildirmişlər. Onlar son illərdə rayonda səhiyyə müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən danışmışlar.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov tibb işçilərini peşə bayramları münasibəti ilə təbrik etmiş işlərində uğurlar arzulamış rəmzi lenti kəsərək tibb məntəqəsinin açılışını etmiş və otaqlarda yaradılmış şəraitlə tanış olmuşdur.

Keçidlər