Şriftin ölçüsü :

Saytın rəngi :

QIZILAĞAC BORANISI və ya SƏMİDXAN BORANISI QƏDİMDƏN ADNANDI...

16 iyun 2019 | 16:00

Bostan bitkilərinə daxil olan balqabaq, yəni el dilində boranı insan sağlamlığı üçün önəmlidir.  Payız və qış fəsillərində bostan məhsulu balqabaqdan milli mətbəximizdə geniş istifadə olunur. Bu mənada balqabağın faydasını çoxumuz yaxşı bilirik. Hal-hazırda dünyada təxminən 100 balqabaq cinsindən olan 850 müxtəlif balqabaq növü mövcuddur. 50 qramdan tutmuş təxminən 900 kiloqrama qədər nəhəng balqabaqlara rast gəlmək olar. Narıncı Hokkaido sortu ən klassik və yaxşı balqabaq hesab edilir. Bununla belə balqabaq və onun tumunun xeyirli xüsusiyyətlərini bilməyən insanlar da var. Balqabağı təmizlədiyimiz zaman içərisindən çıxan tumu bəzən adi hal saydığımızdan, çox düşünmədən istifadə etmirik, atırıq.  Balqabaq tumundakı karotenoid və omeqa-3 yağları görmə qabiliyyətini gücləndirilməklə yanaşı, insan hüceyrələrini cavan saxlayır, dərinin qocalmasının qarşısını alır, prostat xərçəngi riskinin azaldır, ürək damar sağlamlığına yaxşı təsir edir.
Bu bitki həm də çox məhsuldardır. Ölkəmizdə balqabağın ən çox yetişdirildiyi bölgə Sabirabad, Beyləqan, Kürdəmir rayonlarıdır. Mövsüm vaxtı həmin rayonlardan bazarlarımıza 10 tonlarla məhsul gətirilir. Təcrübə göstərir ki, balqabaq rayonumuzda yaxşı alındığı kimi, torpaqlarımızda da yaxşı məhsul verir. Vaxtilə Səmidxan boranısı adnanıydı; dəd-babadan... İndi bu ənənəni Qızılağac, Viləş, Xıl, Ərkivan ərazilərinin camaatı bu bitkinin yetişdirilməsinə önəm verilir.
Masallı Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə həftədə bir dəfə nəşr olunan "Yeni həyat" qəzetinin redaksiyasına verilən məlumata görə r ayon üzrə əkilən 6 hektar balqabaq sahəsindən 3 hektarı məhz Qızılağac fermerlərinin payına düşür.

Keçidlər