Şriftin ölçüsü :

Saytın rəngi :

Gəyəçöllülər tərəvəzçilikdə qazanılan çörəyi qiymətləndirilər

02 iyun 2019 | 16:00

Masallı rayonunda aqrar sahədə daha çox irəliləyiş var. Rayon camaatı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu sahədəki diqqət və qayğısını da ürəkdən bəyənirlər, öz əməli işlərinə çevirirlər. Məhz bunun nəticəsidir ki, hazırda Masallı rayonunda sovetlər önəmindəkindən də çox əkin əkirlər. Bütün kəndlərin camaatı arasında tərəvəzçilik üstünlük təşkil edir. Onlar hər hansı mövsümdə əkin əkməyi özlərinə gərəkli peşə bilirlər, xeyir götürürlər, ələbaxımlılıqdan uzaqdırlar, qazanılan çörəyə xor baxmırlar, ailəsini daha yaxşı dolandırırlar. Bu, dədə-babadan belə olub və indi də davam edir. Məsələn, vaxtikən tərəvəzçilikdə ad-san qazanan Gəyəçöl tərəvəzçiləri bütün hallarda daha yaxşı məhsul əldə etməyi bilirlər, torpaqda işləməkdən zövq alırlar. Hamı çöldədir. Gəyəçöllülər əvvəlki əkinşililk ənənələrinə sadiq qalaraq pomidor əkini başa çatdırıblar. Masallı Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə həftədə bir dəfə nəşr olunan "Yeni həyat" qəzetinin redaksiyasına verilən məlumata görə fermerlər 10 hektar sahəyə pomidor şitili köçürüblər. Yaxın günlərdə becərilməsinə başlayacaqlar. Belə ki, bir neçə gündən sonra bitkilərə gübrə verilib dibi yumşaldılacaq. Sahələrin suvarılmasına da hazırlıq işləri görülür.Bəybəla Əsədov, Sərraf Abıyev, Əfqan və Qocaxan Ağayevlər tərəvəzçiliyin bu sahəsinə üstünlük verirlər.

Keçidlər