Şriftin ölçüsü :

Saytın rəngi :

QIŞA HAZIRLIĞI YAYDA GÖRƏRLƏR

18 iyun 2019 | 16:00

Heyvandarlığın inkişafı bol və keyfiyyətli yem tədarükündən çox asılıdır. Xüsusilə yaşıl yemlər məhsuldarlığın yüksəlməsinə müsbət təsir göstərir. Fermerlər bunu nəzərə alaraq bu il xeyli sahədə yonca əkəcəklər. İndi rayonda 90 hektara yaxın sahədə çoxillik yonca yetişdirilir.

Masallı Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə həftədə bir dəfə nəşr olunan "Yeni həyat" qəzetinin redaksiyasına verilən məlumata görə bu sahəyə Şərəfə, Viləş, Qızılavar, Mahmudavar, Xıl ərazilərinin fermerləri böyük diqqət yetirirlər.

Keçidlər