Şriftin ölçüsü :

Saytın rəngi :

TƏKLƏ CAMAATI BU İLDƏ TƏSƏRRÜFAT İŞLƏRİNDƏ FƏALDIRLAR

15 iyun 2019 | 16:00

Təklə ərazisinin fermerləri yaz-tarla işlərində fəallıq göstərirlər. Hazırda 920 hektar sahədə buğda, 285 hektarda arpa zəmisi sünbülləyir. Mal-qara üçün 70 hektarda vələmir yetişdirilir.

Təklə kənd ərazi nümayəndəliyindən Masallı Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə həftədə bir dəfə nəşr olunan "Yeni həyat" qəzetinin redaksiyasına verilən məlumata görə kəndin əsas təsərrüfat sahəsi olan kartofçuluqda işlər sürətləndirilir. 285 hektarda kartof əkən sakinlər indi bitkilərə aqrotexniki qayğıları daha da yaxşılaşdırırlar. Bitkilərin dibi yumşaldılır, isti havalarda suvarılır. Ərazidə 12 hektar sahədə çiyələk, 18 hektar noxud, 12 hektar paxla, 6 hektar mərci, 5 hektar lərgə, 6 hektar lobya, 13 hektar soğan yetişdirilir.

Tərəvəzçilər 3 hektar sahəyə pomidor şitili köçürmüşlər. Həyətyanı sahələrdə xeyli bostan bitkiləri yetişdirilir.

Hazırda baramaçıların işi başlayıb. Kümçülər 4 qutu barama toxumunu yetişdirəcəklər. Bu iş kümçü Lazım Məmmədova həvalə edilmişdir.

Keçidlər