Şriftin ölçüsü :

Saytın rəngi :

MASALLIDA 20 YANVAR ŞƏHİDLƏRİ ANILDI

21 yanvar 2014 | 16:00

20 yanvar faciəsinin 24-cü ildönümü ilə əlaqədar rayonda bir sıra silsilə tədbirlər həyata keçirilmişdir. Belə tədbirlərin yekunu olaraq 20 yanvar 2014-cü il tarixdə Masallı şəhərində “Qəhrəmanlar parkı”nda 20 tanvar şəhidlərinin xatirəsinə ucaldılmış abidə kompleksində anım mərasimi keçirilmişdir.

            Səhər saatlarından başlayaraq minlərlə rayon sakini 20 yanvar şəhidlərinin xatirəsini böyük ehtiramla yad etmişlər.

            Anım mərasimində rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov, hüquq-mühafizə orqanları, idarə, müəssisə və təşkilatrəhbərləri və əməkdaşları, məktəblilər, ziyalılar, 2-ci dünya və Qarabağ müharibəsinin veteranları və ictimaiyyət nümayəndələri iştirak edərək 20 yanvar şəhidlərinin abidəsi önünə əklillər, təzə-tər gül dəstələri qoyaraq şəhidlərin ruhuna dualar oxumuşlar.

            Eyni zamanda, rayon ərazisində matəm əlaməti olaraq Azərbaycanın Dövlət Bayrağı endirilmiş, Bakı vaxtı ilə saat 12-00-da rayonun bütün ərazilərində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, nəqliyyat vasitələrində səs siqnalları verilmişdir.

Keçidlər