Şriftin ölçüsü :

Saytın rəngi :

Mahmudavar ərazisində səyyar görüş - qəbulu

27 iyun 2019 | 16:00

27 iyun 2019-cu il tarixdə Masallı Rayon İcra Hakimiyyəti başçısının qrafikə uyğun olaraq növbəti səyyar görüş-qəbulu Mahmudavar kəndində keçirilmişdir. Səyyar görüş - qəbulda 150-ə yaxın kənd sakini iştirak etmişdir.

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov ölkəmizin sosial-iqtisadi inkişafı naminə dövlət səviyyəsində həyata keçirilən tədbirlərin, eləcə də son vaxtlar əhalinin rifah halının yaxşılaşdırılması, sosial problemlərin həlli istiqamətində ölkə rəhbərinin imzaladığı fərman və sərəncamların geniş icmalını verib, regionlara göstərilən diqqəti nəzərə çatdırıb, Masallıda görülən abadlıq-quruculuq işlərindən bəhs edib. O cümlədən cənab Prezidentin tapşırığına əsasən Masallı rayonunda görülən işlər barədə ətraflı məlumat vermişdir.
Sonra rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynov sakinlərdən onları narahat edən məsələlər barədə məlumat və təklif vermələrini istəmişdir.
Ərazi sakinlərindən Ruslan Şahbazov, Aydın Qənbərov, Zaur Əliyev, Əbülfəz Səfərov, Namiq Məmmədov, Nüşabə Cəbiyeva, Seylan Səmədov, Əlövsət Şükürov, Əməkdar müəllim Musarza Mirzəyev, Sara Fərəcova, İsmayıl Həsənov, Güləli Hacıyev, Cəbrayıl Sadıqov, Xədicə Hacıyeva, Etibar  Hüseynov və Faiq Rəsulov Rüdəkənar  kəndində qazın olmaması, sakinlərin oduna ehtiyacı,  Mololon kəndi yolunun təmirə ehtiyacı olması, Mahmudavar kənd tam orta məktəbinin təmiri, kənddə uşaq bağçasının olmaması, Ulumçayda torpaq sürüşməsi, kənddə telefonun yaxşı işləməməsi,  xəstəliklə bağlı qrupların və sosial yardım verilməsi barədə  və s. ilə bağlı məsələləri gündəmə gətirmişlər.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov görüşü yekunlaşdıraraq, qaldırılan məsələlərin həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar vermişdir. Əksər məsələlər yerində həll olunmuş, digərləri nəzarətə götürülmüşdür.

Keçidlər