“Azərişıq” Masallıda yenidənqurma işlərini davam etdirir
“Azərişıq” ASC ölkənin bütün regionlarında apardığı tikinti-bərpa işlərini cənub regionunda, ocümlədən Masallı rayonunda da davam etdirir.
Cənub Regional Enerji Təchizatı və Satış İdarəsinin (RETSİ) xidməti ərazisindəki istismar müddətini başa vurmuş yarımstansiyalardan tutmuş elektrik hava xətlərinə qədər bütün istiqamətlərdə şəbəkələr hissə-hissə yenidən qurulur. İstehlakçıların keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi, texniki itkilərin səviyyəsinin minimuma endirilməsi üçün genişmiqyaslı işlər görülüb və hazırda görülməkdədir.
Masallı rayonunun ərazisində 35/10 kilovoltluq “Alvadı” yarımstansiyası tam yenidən qurularaq istismara verilib. Alvadlı kəndində 35 kilovoltluq yüksəkgərginlikli, 10 kilovoltluq ortagərginlikli hava xətləri yenilənib. Təzə Alvadı, Ləngan, Təklə, Xoşçobanlı, Mollahəsənli, Sığıncaq kəndlərinin 0,4 kilovoltluq hava xətləri özünüdaşıyan izolyasiyalı naqillərlə (ÖİN) əvəzlənib, ərazilərə yeni komplekt transformator məntəqələri (KTM) quraşdırılıb. 35/10 kilovoltluq “Qarğalıq” yarımstansiyasından qidalanan 10 kilovoltluq Həsənli və Xırmandalı kənd hava xətləri yenidən qurulub, Boradigah qəsəbəsində 0,4 kilovoltluq hava xətti ÖİN kabellərlə əvəzlənib. Ümumiyyətlə, Masallının elektrik təsərrüfatı yenidən qurulur. Qeyd etdiyimizs kimi “Azərişıq” ASC ölkənin bütün regionlarında apardığı tikinti-bərpa işlərini Masallıda da davam etdirir. Masallı Elektrik Şəbəkəsinin xidməti ərazisində istismarın səviyyəsini qaldırmaq, istehlakçıları dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin etmək, texniki itkilərin səviyyəsinin minimuma endirilməsi məqsədilə 2019-cu ilin birinci rübündə genişmiqyaslı işlər görülüb və görülməkdədir. İndiyə kimi rayon ərazisində 64 yeni komplekt transformator məntəqəsi (KTM) quraşdırılıb.
Hazırda rayon üzrə 45320 abonent elektrik enerjisindən istifadə edir. Masallı şəhərinin və bir çox kəndlərin elektrik xətt təsərrüfatı yenidən qurulub, abonentlər “Smart” tipli sayğaclarla təmin olunub. Hazırda müəssisəmizin balansına aid paylayıcı şəbəkələrdə yenidənqurma işləri davam etməkdədir. 10 və 0,4 kilovoltluq elektrik verilişi xətləri, eyni zamanda, transformator məntəqələri təmir olunur, bərpa edilən bir neçə transformator təkrar şəbəkəyə qoşulur.
Tüklə yarımstansiyası (110/35/10 kilovoltluq) yenidən qurulub. Yarımstansiya tam sökülərək yenidən tikilib. 2 ədəd mövcüd 10 MVA transformatordan biri 16 MVA transformatorla əvəz edilib. Yarımstansiya müasir tipli avadanlıqlarla, eleqaz və vakkum açarları ilə təmin olunub, ərazisi genişləndirilərək istifadəyə verilib. Tüklə kəndində (1 ədəd 250 kVA), Qəzvinobada (1 ədəd 250 kVA), Boradigah qəsəbəsində (1 ədəd 630 kVA), Bədəlanda (1 ədəd 160 kVA), Türkobada (1 ədəd 250 kVA) yeni KTM-lərin quraşdırılması nəzərdə tutulub. Artıq Boradigah qəsəbəsində yeni KTM (1 ədəd 400 kVA) quraşdırılıb. Boradigahda tam yenidənqurma işləri başa çatıb: qəsəbədə 1538 ədəd 0,4 kilovoltluq dəmir dayaqlar basdırılıb, 50911 metr SİP kabel çəkilib, 1593 ədəd Smart kart sayğacı quraşdırılıb. 2 saylı Türkoba-Qəzvinoba hava xətlərində istismar vaxtını keçmiş 16 ədəd 10 kilovoltluq dayaq, 0,5 kilometr naqil, 48 ədəd izolyator, Boradigahda istismar vaxtını kemiş 17 ədəd 10 kilovoltluq dayaq, 0,5 kilometr naqil, 51 ədəd izolyator yenisilə əvəz olunub.
35/10 kilovoltluq Alvadı yarımstansiyası tam sökülüb, yeni müasir tipli yarımstansiya tikilib. Burada müasir tipli eleqaz və vakkum açarları quraşdırılıb,
yarımstansiyanın gücü 2,5 dəfə artırılıb, 2 ədəd 10 MVA transformator quraşdırılıb, ərazisi genişləndirilərək istifadəyə verilib. 35 kilovoltluq Alvadı hava xətləri tam yenilənib, 10 kilometr xətt çəkilib. 2 saylı hava xətlərindən qidalanan Təzə Alvadı kəndində 10/0,4 kilovoltluq hava xətləri tam yenidən qurulub, 21 yeni transformator məntəqəsi quraşdırılıb, 319 ədəd 10 kilovoltluq, 2383 ədəd 0,4 kilovoltluq dayaqlar basdırılıb, 61341 metr SİP kabel çəkilib, 1725 ədəd müasir tipli elektrik sayğac quraşdırılıb. 3 saylı hava xətlərindən qidalanan Təklə, Sığıncaq, Mollahəsənli, Xoşçobanlı, Ləngan kəndlərində tam yenidənqurma işləri başa çatıb. Belə ki, həmin kəndlərdə 18 yeni transformator məntəqəsi qurulub, 603 ədəd 10 kilovoltluq dayaq, 1590 ədəd 0,4 kilovoltluq dəmir dayaq basdırılıb, 42126 metr SİP kabel çəkilib, 1510 ədəd müasir tipli elektrik sayğacı quraşdırılıb.
35/10 kilovoltluq Qarğalıq yarımstansiyasından çıxan 5 saylı hava xətlərindən qidalanan Köçəkli kəndində 508 ədəd 0,4 kilovoltluq dəmir dayaq basdırılıb, 8880 metr SİP kabel çəkilib, 234 Smart kart tipli sayğac quraşdırılıb. 3 saylı hava xətlərindən qidalanan Qədirli kəndində 157 ədəd 0,4 kilovoltluq dayaq basdırılıb, 3289 metr SİP kabel çəkilib, 214 ədəd Smart sayğac qurulub. 1 saylı hava xətlərindən qidalanan Təkdam kəndində 89 ədəd 0,4 kilovoltluq dayaq basdırılıb, 3120 metr SİP kabel çəkilib, 66 ədəd kart sayğacı qoyulub. Həsənli kəndində 657 ədəd 0,4 kilovoltluq dəmir dayaq basdırılıb, 15190 metr SİP kabel çəkilib, 316 ədəd Smart sayğac quraşdırılıb.
110/35/10 kilovoltluq “Masallı” yarımstansiyasından çıxan 10 saylı Qızılağac hava xətlərinin Hüseynhacılı kəndinin yaxınlığından keçən İpək yolunun Masallı şəhərinə çıxışında 10 kilovoltluq istismar vaxtını keçmiş 16 dayaq, 1,7 kilometr naqil, 100 ədəd izolyator yenisilə əvəz olunub.
Musaküçə kəndində 1 ədəd transformator qurulub, 4,7 kilometr SİP kabel çəkilib. Ərkivan qəsəbəsində 2 ədəd transformator qurulub, 4,2 kilometr yeni xətt, Qızılağacda 5,2 kilometr SİP kabel çəkilib. Hüseynhacılıda 4 ədəd transformatorun 0,4 kilovoltluq tərəfində yeni dayaqlar basdırılıb, 11,5 kilometr SİP kabel çəkilib.
Bakı-Astara yolunun kənarlarında, Ərkivan, Boradigah qəsəbələrində, Qızılavar, Bədəlan, Qəriblər, Mollaoba, Türkoba, Qəzinoba, Tüklə, Hüseynhacılı kəndlərində əyilmiş dayaqlar düzəldilib, yararsızları dəyişdirilib, 7,6 kilometr SİP kabel çəkilib.
Masallı EŞ-nin xidməti ərazisində 28 zədələnmiş transformator təmirdən gətirilmiş transformatorlarla əvəz olunub. 165 ədəd 10 kilovoltluq, 319 ədəd 0,4 kilovoltluq istismar vaxtını keçmiş dayaq dəyişdirilib. Xəttə toxunan ağacların budaqları kəsilib, 34,5 kilometr naqil darama çəkilib.
Son 3 ayda 35/10 kilovoltluq “Qarğalıq” yarımstansiyasından çıxan, 10 kilovoltluq 1 saylı hava xətlərindən qidalanan Həsənli kəndində 657 ədəd 0,4 kilovoltluq dayaq basdırılıb, 15190 metr SİP kabel çəkilib,316 Smart sayğac quraşdırılıb.
Rayon Elektrik Şəbəkəsinin xidməti ərazisində 7 ədəd 10 kilovoltluq, 93 ədəd 0,4 kilovoltluq istismar vaxtını keçmiş dayaqlar, 20 ədəd 10 kilovoltluq, 50 ədəd 0,4 kilovoltluq izolyator dəyişdirilib.
Yenidənqurma planına salınmış 110/35/10 kilovoltluq 1, 2 və 9 saylı Ərkivan qəsəbəsi, Kosakül kəndi, 35/10 kilovoltluq “Qarğalıq” yarımstansiyasından çıxan, 10 kilovoltluq 5 saylı hava xətlərindən qidalanan Ərəb, Eminli, Xırmandalı və 35/10 kilovoltluq “Xıl” yarımstansiyasından çıxan, 10 kilovoltluq 2 saylı Təzəkənd 7 saylı hava xətlərindən qidalanan Şıxlar kəndləri tezliklə tam SİPləşdiriləcək, istismar vaxtını keçmiş dayaqlar, köhnə tipli sayğaclar yenisilə əvəz olunacaq. Artıq bu işlərə başlanılıb.