Şriftin ölçüsü :

Saytın rəngi :

Masallı şəhər Tarix-Diyarşünaslıq Muzeyində “Müasir Azərbaycan Dövlətinin xilaskarı” mövzusunda tədbir

04 iyul 2019 | 16:00

Masallı şəhər Tarix-Diyarşünaslıq Muzeyi ərazi ilk partiya təşkilatında ümummilli lider Heydər Əliyein hakimiyyətə gəlməsinin 50 –ci il dönümü ilə bağlı “Müasir Azərbaycan Dövlətinin xilaskarı” adlı tədbir keçirilib

İyulun 4-də Masallı rayon Tarix-Diyarşünaslıq Muzeyi və Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının birgə təşkilatçılığı ilə Azərbayan xalqının ümummilli lideri Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlişinin 50-ci ildönümü münasibətliə “Müasir Azərbaycan Dövlətinin xilaskarı” adlı tədbir keçirilib.
Tədbiri muzeyin direktoru Əntiqə Tağıyeva açaraq, çıxışında vurğuladı ki, Heydər Əliyev Azərbaycanın müasir tarixinə öz adını əbədi olaraq yazmış böyük siyasi xadim, doğma xalqının xilası və tərəqqisi naminə böyük fədakarlıqlar etmiş əvəzedilməz milli lider olmuşdur. Əlavə olundu ki, Heydər Əliyevin həm sovet, həm də müstəqillik illərində rəhbərliyi dövründə ölkədə ictimai həyatın bütün sahələrində intensiv inkişaf müşahidə olunmuş, əhalinin rifah halının yaxşılaşması, elm və mədəniyyətin, sosial və digər sahələrin inkişafı istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilmişdir.
Muzeyin elmi işçisi Həbib Ağayev ümummilli liderin həyatı və siyasi fəaliyyətinin bir çox aspektlərini əhatə edən mühazirə ilə çıxış etdi. Mühazirədə H. Əliyevin gənclik illərindən başlayaraq, siyasi karyerasının son illərinə qədər olan dövrü əhatə olunmuş, ümummilli liderin zəngin və mənalı həyat və fəaliyyəti haqqında geniş məlumatlar öz əksini tapmışdır.
Sonra YAP Masallı rayon təşkilatının baş məsləhətçisi Eldar Kazımov çıxış edərək bildirdi ki, 1990-cı illərin əvvəllərində H. Əliyev olduqca mürəkkəb siyasi şəraitdə ölkəyə rəhbərlik etməyə başlayıb. Bir tərəfdən Ermənistanla aparılan müharibə, digər tərəfdən ölkədə yaranmış siyasi xaos, hakimiyyət böhranı ölkədə ağır ictimai-siyasi vəziyyət yaratmışdı. Bütün bu ağır siyasi və iqtisadi şəraitdən yeganə çıxış yolu kimi Azərbaycan xalqı Heydər Əliyevə müraciət etmişdir. Ümummilli liderin hakimiyyətə ikinci qayıdışından qısa müddət sonra ölkədə ictimai-siyasi sabitliyə nail olunur, Ermənistanla atəşkəz razılaşması imzalanır, ölkəni tərəqqiyə, xoşbəxt gələcəyə aparacaq enerji layihələri icra olunmağa başlanır. Bütün bu nailiyyətlər Heydər Əliyevin müdrük və uzaqgörən siyasəti nəticəsində mümkün olmuşdur.
Masallı şəhər 4 nömrəli tam orta məktəbinin hərbi hazırlıq üzrə müəllimi, Şuşadan olan məcburi köçkün Rafiq Abbasov, ümummilli liderin ordu quruculuğu sahəsində həyata keçirdiyi addımlardan söhbət açdı. Bildirdi ki, Heydər Əliyev Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıdışından sonra ordu quruculuğu sahəsində yeni bir səhifə açıldı. Ordu yenidən komplektləşdirilməyə, müasir hərbi-texniki avadanlıqlarla təmin edilməyə başlanıldı. Bütün bunlar cəbhədəki hərbi əməliyyatlara da müsbət təsirsirini göstərdi. Ordu Horadiz əməliyyatı ilə itirilmiş bir sıra əraziləri düşməndən təmizləməyə nail oldu. R. Abbasov həmçinin, ordumuzun hazırkı vəziyyətinə də toxundu. Qeyd etdi ki, ümummilli liderin ordu quruculuğu sahəsindəki siyasəti bu gün uğurla davam etdirilir. Ordu ən müasir silah və texniki təchizatla təmin edilir, müasir hərbi-texniki biliklərə yiyələnir, NATO ilə qarşılıqlı faydalı əməkdaşlıq davam etdirilir. “Ordu quruculuğu sahəsində görülən işlər torpaqlarımızın yaxın zamanlarda azad ediləcəyinə möhkəm inam yaradır. Və biz inanırıq ki, o gün çox da uzaqda deyil” – deyə R. Abbasov əlavə etdi.
Sonda Gülgün Cahangirova isə çıxışında Heydər Əliyevin gənclərə göstərdiyi qayğı, onların təhsil, karyera və digər problemlərinin həllinə həssas münasibətə, ASAN Xidmət Mərkəzində gənc kadrların işlə təmin olunma perspektivləri və digər vacib məsələlərə toxundu.
Tədbirin sonunda ulu öndərin ilk hakimiyyət illərinə aid olan foto sərgiyə tamaşa edildi.

Keçidlər