Şriftin ölçüsü :

Saytın rəngi :

İqtisadiyyatın sahələr üzrə əsas kapitala yönəldilmiş vəsaitlərin dəyəri

05 iyul 2019 | 16:00

2019-ci ilin yanvar-mart aylarında əsas kapitala yönəldilmiş ümumi vəsaitin ən çox hissəsi 80.6 faizi və ya 10001.3 min manatı fərdi yaşayış evlərinin tikintisinə, 2.5 faizi və ya 304.2 min manatı sosial sahələrin tikintisinə,16.4 faiz və ya 2040 min manatı nəqliyyat və rabitə sahəsinin tikintisinə 0.5 faiz və ya 60 min manat kənd təsərrüfatı sahəsinə sərf olunmuşdur.
     Masallı Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə həftədə bir dəfə nəşr olunan "Yeni həyat" qəzetinin redaksiyasına verilən məlumata görə cari ilin yanvar-mart aylarında 272 fərdi mənzil tikilib istifadəyə verilmişdir. Tikilən evlərin 63-ü şəhərdə, 209¬¬¬-u kəndə olmuşdur. İstifadəyə verilmiş evlərin ümumi sahəsi 29650 kvadrat metr ondan yaşayış sahəsi 22630 kvadrat metr olmuşdur. Kənd yerlərində tikilmiş fərdi evlərin ümumi sahəsi 22780 kv.metr ondan yaşayış sahəsi 17570 kvadrat metr, şəhərdə isə ümumi sahəsi 6870 kvadrat metr, ondan yaşayış sahəsi 5060 kvadrat metr olmuşdur.
    2019-ci ilin yanvar-mart aylarında 2 dövlət müəssisəsi və 1 özəl tikinti müəssisəsi fəaliyyət göstərmişdir.

Keçidlər