Şriftin ölçüsü :

Saytın rəngi :

Kartof tədarükündə Təkləlilər cari ildə də birincidirlər

10 iyul 2019 | 16:00

Masallı rayonunda kartofçuluğa da diqqət artır. Cari ilin məhsulu üçün 844.5 hektar sahədə kartof yetişdirən fermerlər artıq məhsul yığımına başlamışlar. Təklə, Qarğalıq, Təzə Alvadı, Çaxırlı ərazilərində bu sahədə irəliləyiş çoxdur.

Əmək adamları 350 hektardan çox sahənin məhsulunu yığmış, alıcı təşkilatlara 5085 ton kartof göndərmişlər.
285 hektar sahədə məhsul yetişdirən Təklə fermerləri artıq 200 hektarın kartofunu yığmışlar. Faraş məhsul yetişdirən fermerlər məhsulu yüksək qiymətə sata bilirlər.
Bu məlumat Masallı Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə həftədə bir dəfə, səkkiz səhifədə nəşr olunan "Yeni həyat" qəzetinin redaksiyasına rayon DAİM-dən daxil olub.

Keçidlər