Masallıda sənaye
11 iyul 2019 | 16:00
2019-ci ilin yanvar-mart aylarında rayonda sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 2018-cı ilin yanvar-mart aylarına nisbətən 28.9 faiz və ya 3532.8 min manat artmışdır.
Rayon statistika idarəsindən Masallı Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə həftədə bir dəfə nəşr olunan "Yeni həyat" qəzetinin redaksiyasına verilən məlumata görə rayonda 19 hüquqi şəxs və hüquqi şəxs yaratmadan 46 fiziki şəxs sənaye məhsullarının istehsalı ilə məşğul olmuşdur.