Şriftin ölçüsü :

Saytın rəngi :

MASALLIDA QANVERMƏ AKSİYASI KEÇİRİLMİŞDİR

12 iyul 2019 | 16:00

12 iyul 2019-cu il tarixdə Masallı rayon Mərkəzi Xəstəxanasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin müvafiq göstərişinə əsasən Bahadur Eyvazov adına Elmi-Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutunun Mərkəzi Qan Bankı əməkdaşlarının iştirakı ilə talassemiyyalı və hemofiliya xəstələrə dəstək olaraq ümumrayon qanvermə aksiyası keçirilmişdir.

Rayonda fəaliyyət göstərən bütün idarə, müəssisə və təşkilatların işçiləri, gənclər, o cümlədən ictimaiyyətin nümayəndələri qana ehtiyacı olan insanlara  kömək məqsədilə bu nəcib aksiyaya qoşulmuşlar.
Xüsusi tibbİ briqadanın həkim-hemotoloqları tərəfindən hər bir donorun sağlamlığı öncədən müəyyən olunmuş, onlardan qan analizi götürülərək sağlam olub-olmamaları müəyyənləşdirilmişdir.
Aksiya iştirakçılarından Qadir Teymurov, Əlizaman Əhmədov, Kamal Mazanov, Qədir Məmmədov, Rövşən Vəliyev, Rəşad Fərəcov, Möhübbət Qafarov, Məmmədağa Quliyev, Anar Düniyev, Dürdanə Əkbərova, Valeh Əliyev, Soltanağa İsayev, İlhamə Novruzova və başqaları bu kimi xeyriyyə tədbirinin keçirlməsini təqdirəlayiq hesab etməklə xəstə insanların heç də cəmiyyətdə kənarda qalmadığını bildirmişlər.
Aksiyada toplanan qan müvafiq xəstəliklərindən əziyyət çəkən insanların müalicəsində təmənnasız istifadə olunacaqdır.

Keçidlər