Şriftin ölçüsü :

Saytın rəngi :

KOLATAN KƏND ƏRAZİ NÜMAYƏNDƏLİYİNİN HESABAT YIĞINCAĞI

31 yanvar 2014 | 16:00

“Yerli İcra Hakimiyyətləri haqqında Əsasnamə”yə uyğun olaraq rayonumuzun inzibati ərazi dairələrində 2013-cü ilin yekunlarına həsr olunmuş hesabat yığıncaqları keçirilmişdir. Növbəti hesabat yığıncağı yanvarın 30-da Masallı rayon Kolatan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində keçirilmişdir.

            Hesabat yığıncağında Masallı rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov, hüquq mühafizə orqanları rəhbərləri, idarə-müəssisə rəhbərləri, kənd ağsaqqalları, ziyalıları və kənd sakinləri iştirak etmişlər.

            Əvvəlcə Kolatan kənd inzibati ərazi dairəsinin nümayəndəsi Valeh Mikayılov hesabat məruzəsi ilə çıxış etmişdir.

            Kolatan kənd inzibati ərazi dairəsinin nümayəndəsi Valeh Mikayılov qeyd etmişdir ki, Ölkəmiz üçün yüksək nailiyyətlərlə, əlamətdar  hadisələrlə zəngin olan daha bir il də təqvimin yaddaşına köçdü. Yola saldığımız 2013-cü ildə Azərbaycan Respublikasının dinamik inkişafı davam etmiş, ölkəmiz sosial-iqtisadi inkişaf sahəsində qazandığı yeni nailiyyətlərə görə regionda liderlik mövqeyini qoruyub saxlamışdır.

İqtisadiyyatımızın sürətli dinamik inkişafı nəticəsində Respublikamızın bütün bölgələrində xalqın həyat şəraitini yaxşılaşdırmaq üçün “ Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramı”na uyğun olaraq geniş miqyaslı tikinti quruculuq işləri aparılır. Respublikamızda əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş, hörmətli prezidentimiz İlham Əliyev cənabları tərəfindən ardıcıl surətdə aparılan islahatlar nəticəsində iqtisadi sahədə aparılmış uğurlarla bərabər, ölkəmizdə əhalinin sosial müdafiəsini genişləndirmək üçün lazım olan bütün tədbirlər həyata keçirilmiş sosial siyasət sayəsində uğurlar qazanılmışdır. Həyata keçirilən məqsədyönlü siyasət nəticəsində ölkə əhalisinin social durumu ildən-ilə yaxşılaşmış, Azərbaycan bu sahədə MDB məkanında öncül yerdədir. 

Respublikamızın hər yerində olduğu kimi 2013-cü ildə rayonumuzda da  iri miqyaslı tikinti quruculuq işləri aparılmışdır. Şəhərin küçələri genişləndirilmiş, yeni park və xiyabanlar salınmış, H. Əliyev Mərkəzi yenidən qurulmuş, Yeni Azərbaycan Partiyasının rayon təşkilatının binası, Taekvondo və boks mərkəzləri, Boradigah idman kompleksi tikilərək gəclərin istifadəsinə verilmişdir,  Masallı şəhərinin kanalizasiya və içməli su xətti çəkilmiş, rayon Mərkəzi xəstəxanası, Boradigah və Kalinovka xəstəxanalarında əsaslı təmir işləri aparılmış, yeni məktəb binaları tikilmiş, məktəb və uşaq bağçaları əsaslı təmir edilmiş, rayonun ucqar kəndləri belə  qazlaşdırılmış , içməli su xəti və asfalt yollar çəkilmişdir. Görülən işlər rayon sakinləri kimi Kolatan ərazisinin sakinləri tərəfindən sevinclə qarşılanır. Görülmüş bu möhtəşəm işlərə görə ərazimizin sakinləri adından möhtərəm Prezidentimiz Cənab İlham Əliyevə minnətdarlığımızı  bildiririk.

Hörmətli yığıncaq iştirakçıları,

Kolatan inzibati ərazi dairəsi mərkəzi Kolatan kəndi olmaqla, Kolatan, Bala Kolatan və Bağıroba kəndlərini əhatə edir. Ərazinin ümumi sahəsi 1239 hektar, əhalisi 5154 nəfər, təsərrüfatların sayı 1465 olmaqla 1095 yaşayış evi vardır.

Masallı rayon İcra Hakimiyyəti Başçısının Kolatan kənd inzibati ərazi nümayəndəliyi öz işini Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli İcra Hakimiyyəti haqqında Əsasnamə”ni rəhbər tutaraq qurmuşdur. Nümayəndəliyin fəaliyyətini özündə əks etdirən İllik və rüblük iş planları hazırlanmışdır.

Hesabat ilində nümayəndəlikdə  səlahiyyətləri çərçivəsində 54 sərəncam verilmiş, icrasından ötrü tədbirlər planı hazırlanmışdır. Nümayəndəlik sərəncamlarından irəli gələn vəzifələrin icrasına daim səy göstərmişdir. Xüsusi qeyd etmək lazımdır ki,  qanunsuz tikililərin, az yaşlı qızların erkən ailə həyatı qurmasının qarşısının alınması, qanunçuluğun qorunması, gənclərin həqiqi hərbi xidmətə çağırışı ilə bağlı verilmiş sərəncamların icrası daim diqqət mərkəzində saxlanılaraq həyata keçirilməsi təmin edilmişdir

Nümayəndəlik tərəfindən hər il 1 yanvar vəziyyətinə  ərazidə olan fərdi yaşayış evləri və çox mənzilli yaşayış binalarındakı mənzillər üzrə təsərrüfat başına uçot kitablarının rekvizitləri dürüstləşdirilmiş, habelə təsərrüfat üzvlərin və müvəqqəti yaşayan şəxslərin siyahısı aparılmışdır. Buna əsasən Azərbaycan Respublikası seçki məcəlləsinin müvafiq maddələrinə uyğun olaraq daimi seçici siyahısına daxil edilmək üçün ərazidə aktiv seçici hüququna malik olan  seçicilərin siyahısı həmçinin respublikadan kənarda olan seçicilərin siyahısı belə dəqiqləşdirilmişdir. Dürüstləşmə zamanı təsərrüfat başına kitablar üzrə 5154 nəfər əhali olduğu halda bundan 3746 nəfərinin,  18 yaşdan aşağı 1409 nəfər gəncdən isə 847 nəfərin ərazidə yaşadığı müəyyən edilmişdir.

Nümayəndəlikdə vətəndaşların müraciətlərinə “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikası Qanunu”nun tələbləri səviyyəsində baxılmasına səy göstərilmişdir.

Nümayəndəliyə vətəndaşlar tərəfindən 49 şifahi və 20 yazılı müraciət daxil olmuşdur.  Şifahi şikayətlər əsasən yararsız  elektrik dirəklərinin dəyişdirilməsi, qazın verilməsi, ünvanlı sosial yardım, yaşayış evlərinin təmiri, həyətyanı və pay torpaqları ilə bağlı olmuşdur. Şifahi şikayətlər tərəfimizdən vaxtında araşdırılaraq müsbət həll olunmuşdur.

Daxil olan 20 yazılı müraciətdən 13 müraciət vətəndaşların təsərrüfatdan ayrılması digərləri isə müxtəlif  səpkidə olmuşdur.

Müraciətlərin əksəriyyəti yerindəcə  həll edilmiş, icrası barədə vətəndaşlara vaxtında cavab verilmişdir. Buna baxmayaraq bu sahədə nöqsanlarımızda vardır ki, vətəndaşlarımız tərəfindən yuxarı rəhbər orqanlara müraciətlərdə edilir. Çalışacağıq ki, vətəndaşları düşündürən məsələlər barədə müraciətlər səlahiyyətimiz çərçivəsində ərazi daxilində həll olunsun. Vətəndaşları düşündürən məsələlərlə yaxından tanış olmaq və yerli məsələlərin öyrənilməsi məqsədi ilə rayon İcra hakimiyyətinin başçısı 2013-cü ilin fevral ayında ərazinin Bala Kolatan kəndində səyyar-görüş qəbul keçirmişdir. Qəbulda vətəndaşlar tərəfindən ərazinin sosial problemləri və iqtisadi inkişafı ilə bağlı  irəli sürülmüş təkliflər bütünlüklə müsbət həllini tapmış və tapmaqdadır.

         Nümayəndəlik tərəfindən kargüzarlıq işləri “Dövlət hakimiyyət orqanlarında idarə, təşkilat müəssisələrində kargüzarlığa dair” təlimatın tələbləri səviyyəsində aparılmışdır. Nümayəndəliyə müxtəlif təşkilatlardan 16 məktub daxil olmuşdur.  Daxil olan sənədlər təsnifatı üzrə qruplaşdırılmış, məlumat tələb olunanlara cavab hazırlanaraq göndərilmiş, digərləri isə rəhbərlik üçün işə qəbul edilmişdir. Göndərilən sənədlərin qeydiyyatı kitabı və surətlərinin saxlanması üçün qovluq açılmışdır.

         “Yerli İcra Hakimiyyəti haqqında Əsasnamə”yə və Azərbaycan Respublikasının “Ailə məcəlləsinə” əsasən nümayəndəlik tərəfindən vətəndaşlıq  vəziyyəti aktların dövlət qeydiyyatı aparılır.

Kolatan İnzibati Ərazi dairəsi üzrə nümayəndəlikdə 2013-cü ildə 48 doğum, 17 nigah, 28 ölüm faktlarının qeydiyyatı aparılmışdır. Nigah faktlarının qeydiyyatı zamanı  hər hansı müddət pozğunluğuna yol verilməmiş, rüsum haqları vaxtında ödənilmişdir. Bəzi hallarda isə vətəndaşların səhlənkarlıqları nəticəsində doğum və ölüm faktlarının qeydiyyatların aparılmasında gecikmələrə yol verilmişdir. Ölüm faktlarının qeydiyyatında gecikmələrin olması vəfat edənin yaxınları tərəfindən tibbi arayışların nümayəndəliyə vaxtında təqdim etməməsi səbəbindən olmuşdur.

           Nümayəndəlik tərəfindən Azərbaycan Respublikasının “Ailə Məcəlləsi” əsas tutularaq ərazidə az yaşlı qızların erkən nigahlarının qarşısının alınması bir vəzifə olaraq daim diqqət mərkəzində olmuşdur.

           Azyaşlı qızların erkən nigahlarının qarşısının alınmasından ötəri ərazinin ziyalıları, ağsaqqalları və ictimaiyyətin və digər nümayəndələri ilə yığıncaq keçirilmiş bu barədə lazımi tədbirlər görülmüşdür. Bununla yanaşı azyaşlı qızlarını nişanlayan valideynlərlə söhbətlər aparılmış, mövcud qanunvericilik bir daha onların nəzərinə rəsmi çatdırılmış və onlar barəsində hüquq mühafizə orqanlarına da məlumat verilmişdir.

Nümayəndəlik tərəfindən ərazidə yaşayan vətəndaşlara onların şəxsiyyəti, ailə vəziyyətini təsdiq edən arayışlar və digər arayış xarakterli sənədlər verilmişdir. Verilmiş arayış və sənədlər normativ hüququ aktlara istinad olaraq təqdim edilmişdir. Dövlətimiz hər zaman gənc nəslin təlim-tərbiyəsinə diqqətlə yanaşır.

Bildiyimiz kimi yetişməkdə olan nəslin inkişafında təhsil müəssisələrinin müstəsn tolu vardır. Ərazidə 2 tam orta məktəb fəaliyyət göstərir. Məktəblərdə 550 şagird təhsil alır, onların təlim tərbiyəsi ilə 57 müəllim məşğul olur.  

Nümayəndəlık tərəfindən “Təhsil haqqında” Qanunun yerinə yetiriməsinə nəzarət edilməklə şagirdlərin dərsə davamiyyətinə məktəb kollrktivinə yaxından köməklik göstərilir. Hər iki məktəbdə 1-9 siniflərdə şagirdlərin dərsə davamiyyəti 90-95 faiz təşkil etsədə yuxarı siniflərdə davamiyyət a.ağı səviyyədədir. 2012-2013-cü il tədris ilində 11 ci sinifi bitirmiş 33 məzundan 7 nəfər ali məktəbə daxil olmuşdur. 

Kolatan kənd tam orta məktəbi rayon İcra hakimiyyəti başçısının təşəbbüsü və köməkliyi nəticəsində əsaslı təmir olunur, 2014-ci yeni dərs ilində istifadəyə verilməsi nəzərdə tutulmuşdur. Əminik ki, məktəbin maddi texniki bazası möhkəmləndikdən sonra tədrisin keyfiyyəti yüksələcək, şagirdlərin dərsə davamiyyətində olan çatışmamazlıqlar aradan qalxacaqdır.

Ərazidə 1 həkim məntəqəsi fəaliyyət göstərir, rayon İcra hakimiyyətinin başçısı ilk dəfə ərazidə vətandaşlarla görüşdə olarkən həkim məntəqəsində iş şəraitinin acınacaqlı vəziyyətdə olduğu barədə məlumat aldıqdan sonar lazımı tədbirlərin görülməsi üçün tapşırıqlar vermiş, tez bir zmanda daxili imkanlar hesabına məntəqə müasir qaydada təmir olunaraq bir töhfə kimi əhalinin istifadəsinə verilmişdir. Həkim məntəqəsində 5 ali kateqoriyalı həkim və 8 tibb işçisi nümunəvi tibb xidməti göstərirlər. Həkim məntəqəsi tərəfindən hesabat ilində 1yaşdan 6 yaşa qədər uşaqlar arasında lazım olan peyvəndlər aparılmışdır. Bunun nəticəsində uşaqlar arasında göy öskürək, diftria, hepotit, tetanus və qızılca kimi xəstəliklər müşahidə olunmamışdır.

        Ərazidə oxucu kütləsinə xidmət göstərən 1 kitabxana vardır. Kitabxana Bala Kolatan kəndində şəxsi binada fəaliyyət göstərir. Ərazidə fəaliyyət göstərən klubun fəaliyyətu binası olmadığı üçün fəaliyyətsiz sayılaraq 2010-cu ildə Maliyyə Nazirliyinin təftiş komissiyası tərəfindən bağlanmışdır.

Ərazi nümayəndəliyinin mühüm işlərindən biri gənclərin Milli Ordu sıralarına hazırlanıb yola salınmasıdır. Cari ildə bu sahədə müəyyən işlər görülmüşdür. Diqqətinizə çatdırmaq istəyirəm ki, Qarabağ uğrunda döyüşlərdə 7 cəncimiz şəhid və 3 gəncimiz isə əlil olmuşdur. Fəxrimiz olan bu şəhid ailələri və Qarabağ əlilləri həmişə qayğı ilə əhatə olunur. Müqəddəs gün və bayramlarda  Rayon İcra hakimiyyəti tərəfindən onların xatirələri daima  əziz tutulur, bundan sonra da onlara diqqətlə yanaşılacaqdır. Təəssüflə qeyd etməliyəm ki, bu və ya digər səbəbdən  97nəfər çağrışçı həqiqi hərbi xidmətdən yayınır, onların valideynləri ilə dəfələrlə söhbət edilsədə müsbət həllinə nail ola bilməmişik.   Fürsətdən istifadə edərək xahiş edirəm ki, respublikadan kənarda olan çağırışçıların hərbi xidmətə yola salınmasında bizə kömək etsinlər. Ərazi nümayəndəliyi kimi bu iş daim bizim diqqət mərkəzindədir.

Ərazidə telekommunikasiya xidməti üçün electron ATS quraşdırılmış, sürətıi internet xəttindən istifadə olunur.Hazırda ərazidə internet istifadəçilərinin sayı 140 abonentə çatmışdır. Lakin bu sahədə çatışmamazlıqlar mövcuddur. Belə ki, rabitə naqillərinin təmir edilməsinə, yararsız dirəklərin dəyişdirilməsinə ehtiyac vardır. Bu barədə rayon Telekommunikasia qovşağına müraciət olunmuşdur.

Ərazidə elektik eneryisindən istifadə edən 1069 abonent vardır.Sərf olunan enerji haqqlarının yığılmasında çətinliklər olmasada elektrik təsərrüfatındada çatışmamazlıqlar vardır.Elektrik dipəklərində və naqillərin yararsız halda olması xırda təbiət hadisələri baş verdiyi  zaman qısaqapanmalar nəticəsində enerjinin verilməsində problemlər yaranmasına səbəb olur. Belə halların aradan qaldırılması üçün baş verdikdə rayon EŞ-ə nümayəndəliy tərəfindən yaxından köməklik göstərilmişdir.  

         Ərazidə əhalinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır. Hesabat ilində xüsusi təsərrüfatlarda  iri buynuzlu mal- qaranın sayi 1398 baş, xırda buynuzlu mal-qaranın sayı isə 1532 baş olmuşdur ki, buda keçən illərə nisbətdə artmışdır. Buna baxmayaraq heyvandarlığın cins tərkibinin yaxşılaşdırılması, daha məhsuldar heyvan əldə olunması üçün mövcud təbirlərdən tam istifadə olunmur. Ərzidə cins mal-qaranın əldə olunması üçün lazımı tədbirlərin görülməsi barədə rayon Baytarlıq şöbəsi ilə söhbət aparılmış, hesabat ilində 40 baş heyvanda sünii mayalanma aparılmış müsbət nəticə əldə olunmaqdadır. Ərazidə mal-qaranın sayının artmasına baxmayaraq əhali ənənəvi əkinçilikdən çox uzaq düşmuş, buda onu ğöstərir ki, torpaqlardan səmərəli istifadə olunmur. Ərazi üzrə 612 ha yararlı pay torpaq sahəsindən 2013-cü ilin məhsulu üçün 230ha əkin aparılmış, bundanda 160 ha buğda,30ha arpa və 40ha vələmir əkilmişdir ki, buda məqbul sayıla bilməz. Bələdiyyə mülkiyyətinə aid torpaq sahələri ayr- ayrı vətəndaşlar tərəfindən zəbt edilərək qanunsuz istifadə olunmuş, yaşayış evləri tikilmişdir. Ən acınacaqlı hal odur ki, pay torpaqlarında qanunsuz yaşayış evləri tikilmiş, hələdə buna cəhd göstərilir. Buda ərazidə torpaq problemi yaradır .Bunun qarşısını almalıyıq ki, gələcək nəsl torpaqsız qalmasın. 

Ərazidə çayçılığın inkişafı nəticəsində yeni iş yerləri açılmaqla yanaşı həmişə torpaqla bağlı olan insanların maddi rifah halıda yaxşılaşacqdır.

Respublikamlzda azad sahlbkarlığa yaradılmış şərait nəticəsində ərazidə sahibkarlığın lnkişafına böyük təsir göstərmişdir. Ərazidə 1 kərpic zavodu,      10mağaza-dükan,2maşın yuyucu sexi, 1avtomobillərin təmiri sexi, 3 mebel sexi, 2 iaşə obyekti fəaliyyət göstərir, burada 100 nəfərə yaxın işçi işləyir. Ərazidə vaxtı iılə fəaliyyət göstərən çay fabriki çayçılığın inkişafı ilə əlaqədar işə düşməsi buda yeni iş yerlərinin açılmasına şərait yaradacaqdır.

          Bələdiyyə ilə işlərin səmərəli təşkili, yerli əhəmiyyətli məsələlərin birgə həll edirlməsinə nümayəndəlık tərəfindən bələdiyyəyə yaxından köməklik göstərilir, qarşıya çıxan bütün problemlərin həllinə birlikdə səy göstərilir, Bələdiyyə ilə birlikdə bir sıra işlər görülsədə yerli əhəmiyyətli məsələlərin həllində işimiz qənaətbəxş deyildir. Bununda ən böyük səbəbi bələdiyyə büdcəsinin əsasını təşkil edən resurslardan tam istifadə olunmaması və bələdiyyə büdcəsinin kəsirlə yerinə yetirilməsidir.

2013-cü il Kolatan kəndi üçün uğurlu illərdən biri kimi yadda qaldı.Belə ki,Kolatan kənd tam orta məktəbində əsaslı təmir işləri aparılır, neçə illərdən bəri əhalini narahat edən bərbad vəziyyətdə olan yola asfat vuruldu, əkiçilik strukturunun inkişafı üçün tədbirlər görürülür, ümumiyyətlə ərazi sakinlərinin rifah halının yaxşılaşdırılması üçün bu kimi tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur.

 Kolatan inzibati ərazi dairəsi üzrə nümayəndəliyin binasında daxili mkanlar hesabına təmir işləri aparılmış, İstirahət Mərkəzinin tikintisinə başlanılmış iş davam edir.

2013-cü ilin yadda qalan hadisələrdən biridə Azərbaycan Respublikasında keçirilən Prezident seçkiləri olmuşdur . Ərazi nümayəndəsi seçkilərin yüksək səviyyədə keçirilməsi üçün məntəqələrin lazimi avadanlıqlarla təhciz etmiş, səs vermə hüququ olanların siyahısı dəqiqləşdirilərək məntəqələrə verılmişdir. Ərazi sakinləri həmişə dövlətimizə və dövlətçiliyimizə sədaqətlərini nümayiş etdirmişdir. 9 oktyabr 2013-cü ildə keçirilmiş Prezident seçkisində əhalimiz  dövlətə, dövlətçiliyimizə və rəhbərinə sədaqətini bir daha subut etdilər. Demokratik və şaffaf şəraitdə möhtərəm Prezdentimiz cənab İlham Əliyevin  yenidən prezdent seçilməsinə səs verdilər. Buna görə hər birinizə minnətdarlığımızı bildiririk.

         Qarşıda bələdiyyə seçkiləri gəlir bunlarla əlaqədar nümayəndəliy tərəfindən aktiv seçici hüququna malik seçicilərin siyahısı dürüsləşdirilib ərazidə fəaliyyət göstərən seçki məntəələrinin texniki avadanlığı və digər ləvazimatlarla təmin edilməsi işinə diqqət yetirilir. Çalışacağıq ki, bələdiyyə seçkiləri Azərbaycan Respublikasının Seçki Məcəlləsinə uyğun olaraq mütəşəkkil, demokratik şəraitdə keçirilməsinə şərait yaradaq.

 Gördüyümüz işlərlə yanaşı görəcəyimiz işlər və qarşıda duran vəzifələrimizdə çoxdur. Belə ki, Kolatan kənd tam orta məktəbinin əsaslı təmir edilməsi, ərazidə qaz xəttinin çəkilib başa çatdırılması, 2010 cu ildə fəaliyyəti dayanmış klubun  bərpa edilməsi, Bala Kolatan kənd tam orta məktəbinin yeni binasının tikilməsi, kənd ara yolların təmir edilməsi, yararsız elektrik və rabitə dirəklərinin dəyişdirilməsi, kənd təsərrüfatı üzrə yeni əkinçilik strukturunun yaradılması, zəbt edilmiş torpaqların zəbtdən azad olunması və bu kimi məsələlərin həllı qarşıda duran vəzifələrimizdi

İcazə verin sizi əmin edim ki, Kolatan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik bundan sonara da verilmiş tapşırıqların yerinə yetirilməsinə, ərazinin sosial problemlərinin həlli olunmasına bütün qüvvə və bacarığını sərf edəcək,  göstərilən etimadı doğruldacaqdır.

            Hesabat yığıncağında çıxış edən Masallı rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov 2013-cü ildə ölkəmizin bütün sahələrində qazanılmış uğurlarından, yeniliklərdən və nailiyyətlərdən söz açaraq bildirmişdir ki, Azərbaycan iqtisadi qüdrətini artıran bir ölkəyə çevrilmiş, onun beynəlxalq aləmdə nüfuzu günü gündən artmaqdadır.

            İcra başçısı daha sonra 2014-cü ildə qarşıda mühüm vəzifələrin durduğunu qeyd etmiş, qəsəbə və kəndlərin qazlaşdırılmasının sürətləndiriləcəyini, yol infrastrukturunun, rayonun su-kanalizasiya sisteminin yenilənəcəyini, yeni məktəb binalarının, səhiyyə ocaqlarının istifadəyə verilməsi ənənəsini yeni 2014-cü ildə də davam etdirəcəyini tədbir iştirakçılarının nəzərinə çatdıraraq Kolatan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin 2013-cü ildə görülmüş işlər və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağına yekun vurmuşdur.

Keçidlər