Şriftin ölçüsü :

Saytın rəngi :

MASALLI ŞƏHƏR İNZİBATİ ƏRAZİ DAİRƏSİNİN 2013-CÜ İLİN YEKUNLARI 2014-CÜ İLDƏ QARŞIDA DURAN VƏZİFƏLƏRƏ HƏSR OLUNMUŞ HESABAT YIĞINCAĞI KEÇİRİLDİ

31 yanvar 2014 | 16:00

“Yerli İcra Hakimiyyətləri haqqında Əsasnamə”yə uyğun olaraq rayonumuzun inzibati ərazi dairələrində 2013-cü ilin yekunlarına həsr olunmuş hesabat yığıncaqları keçirilmişdir. Növbəti hesabat yığıncağı yanvarın 30-da Masallı şəhər Mədəniyyət mərkəzində keçirilmişdir.

            Hesabat yığıncağında Masallı rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov, hüquq mühafizə orqanları rəhbərləri, idarə-müəssisə rəhbərləri, rayon ağsaqqalları, ziyalıları və şəhər sakinləri iştirak etmişlər.

            Əvvəlcə Masallı şəhər ərazi nümayəndəsi Kamal Mazanov hesabat məruzəsi ilə çıxış etmişdir.

         Şəhər ərazi nümayəndəsi çıxışında qeyd etmişdir ki, 2013-cü il Azərbaycan xalqı üçün xüsusi ilə uğurlu olmuşdur. Respublikamızın Prezidenti möhtərəm İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz dinamik inkişaf edən demokratik, sosial-iqtisadi sahədə böyük nəaliyyətlər qazanmış, yüksək beynəlxalq nüfuza malik ölkəyə çevrilmişdir. Ötən ilin spesifik cəhəti ondan ibarətdir ki, Azərbaycan xalqı əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və Prezidentimiz İlham Əliyevin uğurla həyata keçirdiyi siyasi kursun davamına birmənalı dəstəyini növbəti dəfə ifadə etmişdir. Heydər Əliyev siyasətinin layiqli davamçısı İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi 10 il ərzində ictimai-siyasi həyatın bütün sahələrində böyük uğurlar əldə olunmuş, xalq və dövlət üçün taleyüklü layihələr həyata keçirilmişdir. Bu reallığı təsdiq edən bir çox amilləri sadalamaq mümkündür. Bu sırada Prezident cənab İlham Əliyevin iştirak etdiyi, o cümlədən, Bakıda keçirilən beynəlxalq əhəmiyyətli tədbirlər gənc Azərbaycan dövlətinin dünyada artan nüfuzunu təsdiq edən mühüm faktorlardır. Azərbaycan artıq müxtəlif xarakterli - siyasi, idman, səhiyyə, iqtisadi və sair tədbirlərin keçirildiyi məkana çevrilmişdir.

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2013-cü il Azərbaycan Respublikasında “İnformasiya - kommunikasiya  texnologiyaları ili” elan edilmişdir. Ölkədə “informasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsi bu sahənin inkişafına dövlət səviyyəsində göstərilən diqqətin bariz nümunəsidir. Bununla əlaqədar olaraq həyata keçirilən dövlət proqramları və zəruri islahatlar nəticəsində ölkəmizin ümumdünya elektron məkanına daha sürətli inteqrasiyası təmin edilmiş, elektron hökumətin yaradılması, biliklərə əsaslanan iqtisadiyyatın təşəkkülü, informasiya təhlükəsizliyi və digər məsələlərin həlli istiqamətində mühüm addımlar atılmışdır. “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması haqqında” ölkə başçısının sərəncamı, həmçinin, “Kosmik sənayenin yaradılması və inkişafı üzrə” Dövlət proqramının təsdiq edilməsi ölkədə kosmik sahənin inkişafına da xüsusi zəmin yaratmışdır. Azərbaycanın ilk peyki olan “Azerspace-1” telekommunikasiya peyki 7 fevral 2013-cü il tarixində Qviana Kosmik Mərkəzindən orbitə buraxılmışdır. Dizaynı və qoşulma imkanları ilə milyonlarla insanın informasiya və rabitə xidmətlərindən geniş istifadə edəcəyi ilk peykimizin orbitə buraxılması ölkəmizin qüdrətini dünyaya nümayiş etdirən ən önəmli hadisələrdən biridir.

“Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramı” respublikamızın hər yerində olduğu kimi, Masallı şəhərində də inkişafa, tərəqqiyə geniş imkanlar yaratmışdır. Həqiqəti etiraf etmək lazımdır ki, cənab Rafil Hüseynov Masallı rayon icra hakimiyyətinin başçısı təyin edildiyi vaxtdan Masallı şəhərində çox geniş abadlıq, tikinti-quruculuq işləri həyata keçirilmişdir. Bu da şəhər sakinləri tərəfindən sevinclə alqışlanılır və bəyənilir.

         Bildiyiniz kimi Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Masallı şəhər inzibati ərazisində qismən dəyişiklik edilmişdir. Belə ki,

Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrindən çıxarılmış Dadva, Digah, İsgəndərli, Seybətin kəndlərinin əraziləri və Banbaşı kənd inzibati ərazi dairəsi tərkibindəki Kosagül kəndi Masallı şəhər inzibati ərazi dairəsi tərkibindəki Masallı şəhərinin inzibati ərazisinə birləşdirilmişdir. Bununla da Masallı şəhərinin ərazisi genişləndirilərək 2554 ha olmuşdur. Hal-hazırda Masallı şəhər əhalisinin sayı 24816 nəfər, təsərrüfatların sayı isə 4606-dır. Şəhər ərazisində 7 tam orta ümumtəhsil məktəbi, 1 litsey, 4 uşaq bağçası, 1 incəsənət məktəbi, 1 Uşaq yaradıcılıq mərkəzi, 3 Uşaq-Gənclər idman məktəbi, 4 istirahət parkı, bayraq meydanı, xatirə parkı, 4 bazar, 5 şadlıq evi, 10 məscid, müxtəlif dövlət və qeyri dövlət müəssisələri, Avtovağzal,  Mehmanxana, 5 yanacaq doldurma məntəqəsi, İdman Olimpiya Kompleksi, “EMBAWOOD” Mebel fabriki, Nur-M” konserv zavodu,

2 kərpic zavodu və digər əhəmiyyətli obyektlər yerləşir.

         Masallı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi öz işini “Yerli icra hakimiyyəti haqqında əsasnamə”yə uyğun olaraq təsdiq olunmuş illik və rüblük iş planları əsasında qurmuşdur .

      Masallı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi hesabat dövründə 29 sərəncam vermişdir. Verilmiş sərəncamlar əsasən rayon icra hakimiyyəti başçısının əmr və sərəncamlarından irəli gələn məsələlərin yerinə yetirilməsi, tarixi gün və bayramların qeyd olunması, təsərrüfatdan ayırmalar, həqiqi hərbi xidmətə çağırışın yerinə yetirilməsi ilə bağlı olmuşdur. Verilmiş sərəncamların icrasına tam nəzarət edilmiş, irəli gələn vəzifələrin həll edilməsinə səy göstərilmişdir.

2013-cü ildə şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə idarə, təşkilat və müəssisələrdən 91, vətəndaşlar tərəfindən isə 14 yazılı, 97 şifahi müraciətlər daxil olmuşdur. Nümayəndəliyə edilmiş müraciətlər əsasən şəxsiyyəti təsdiq edən arayışların verilməsi, maddi yardım, fərdi yaşayış evlərinin, məhəllə daxili yolların təmir edilməsi, həyətyanı torpaq sahəsinin ayrılması və sairə məsələlərlə bağlı olmuşdur.  "Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq edilmiş müraciətlərə vaxtında baxılmış və lazımı tədbirlər həyata keçirilmişdir. Nümayəndəliyin səlahiyyətlərinə aid olmayan digər məsələlərin həlli istiqamətində aidiyyatı orqanlara müraciət edilməsi vətəndaşlara tövsiyyə edilmişdir.

         2013-cü ildə Masallı şəhərində geniş abadlıq, tikinti-quruculuq işləri görülmüş, şəhərin görünüşü günü-gündən dəyişmiş, yeni xiyabanlar və parklar salınmış, küçə və yollar genişləndirilmiş, yeni işıqlandırma sistemləri quraşdırılmış, piyada yolları müasir tipli plitələrlə örtülmüşdür.

Belə ki, 1,2 km uzunluğunda, 12 metr enində olan şəhərin Qarabağ küçəsinə 14400 m2 asfalt örtüyü döşənmiş, yeni, müasir işıq dirəkləri quraşdırılmış, piyada yollarına plitələr düzülmüş, 9, 11, 13b saylı kommunal binaların arxa hissəsində kişik park salınmış, bəzək ağacları, güllər əkilmiş və sakinlərin istirahəti üçün bisetkalar quraşdırılmışdır.

         Şəhərin Füzuli küçəsində 1 saylı tam orta məktəbin qarşısında kiçik müasir tipli park salınmış, orada sakinlərin istirahətini təmin etmək məqsədi ilə oturacaqlar, işıqlandırma sistemləri, fantan quraşdırılmışdır. Küçə boyunca işıq dirəkləri quraşdırılmış və piyada yolları təmir edilmişdir. 1,3 km uzunluğunda, 9 metr enində olan Füzuli küçəsinə 12000 m2 asfalt örtüyü döşənmişdir.

         I Dadva küçəsində yeni tikilmiş hasarların üzlənməsində və piyada yolunda yarımçıq qalan işlər yekunlaşmışdır.

         Şəhərin Zərifə Əliyeva küçəsində genişləndirmə işləri aparılmış, 1,0 km uzunluğunda, 12,8 metr enində olan yola 13440 m2 asfalt örtüyü döşənmiş, yeni piyada yolları salınmış, işıq dirəkləri quraşdırılmış, yeni müasir tipli hasarlar tikilmişdir.

         Şəhərin Azərbaycan küçəsində genişləndirmə işləri aparılmış, 1,0 km uzunluğunda, 14 metr enində olan yola 14800 m2 asfalt örtüyü döşənmiş, piyada yolları salınmış, işıq dirəkləri quraşdırılmışdır. Küçə boyunca yerləşən ticarət obyektlərinin fasadlarında rekanstruksiya işləri həyata keçirilmişdir.

         Heydər Əliyev prospektinin Seybətin dairəi istiqamətində sol tərəfdə yararsız halda olan piyada yollarında təmir bərpa işləri həyata keçirilmişdir.

         Ələt-Astara magistral yolunun Masallı şəhər ərazisinə düşən hissəsində yeni qazonlar salınmış və bəzək ağacları əkilmişdir.

         Bunlarla yanaşı Masallı şəhərinin görünüşünü dəyişən, xüsusi gözəllik verən bir sıra işlər də görülmüşdür. Belə ki, Masallı şəhərinin Qarabağ küçəsi 9, 37 saylı kommunal binaların dam örtüyündə əsaslı təmir işləri aparılmış, binanın dam örtüyü sökülərək mansar tipli dam örtüyü ilə əvəz edilmişdir. Qarabağ küçəsi 9, 24, 37, Heydər Əliyev prospekti 60, 61, C.Cabbarlı küçəsi 31, 33 saylı kommunal binaların fasadlarında təmir işləri aparılmışdır. Qarabağ küçəsi 16 saylı kommunal binanın dam örtüyü əsaslı, Heydər Əliyev prospekti 44, 46, 48, 50 saylı, Qarabağ küçəsi 11, 13b, 14, 15, 18, 22, 26, 28 saylı kommunal binaların dam örtüylərində isə cari təmir işləri aparılmışdır. Heydər Əliyev prospekti 58 saylı kommunal binanın dam örtüyünün əsaslı təmiri nəzərdə tutulmuşdur. Həzi Aslanov küçəsi 13, 21, 24 saylı kommunal binaların dam örtüyündə əsaslı təmir işləri aparılmış, hər üç binanın dam örtüyü sökülərək mansar tipli dam örtüklə əvəz edilmişdir. Hal-hazırda binaların fasadlarında təmir işləri aparılır. Ə.Əliyev küçəsi 98 saylı kommunal binanın dam örtüyü əsaslı təmir edilmiş, binanın kanalizasiyası üçün şambo qazılmış, binanın zirzəmisi qurudularaq kanalizasiya xətləri şamboya birləşdirilmişdir. Xətai küçəsi 8, Z.Əliyeva küçəsi 4 saylı kommunal evlərinin istilik sisteminin bərpası üçün təmir işləri tamamlanmış və istifadəyə verilmişdir. H.Əliyev prospekti və Qarabağ küçəsi 13, 13b, 14, 22, 58 saylı kommunal binaların zirzəmisində yığılıb qalmış çirkab sular nasoslarla kənarlaşdırılmışdır. Yaşayış binalarının daxili və xarici kanalizasiya xətlərindəki nasazlıqlar Su Kanal idarəsinin daxili imkanlar hesabına həll edilmişdir. Xətai küçəsi 98 saylı kommunal binanın daxili və xarici kanalizasiya sistemi yenidən qurulmuşdur. Belə ki, həmən binanın 70 metrliyində 1 ədəd 72 m3-lik şambo inşa edilmiş, 90 p/m 200 m-lik boru ilə xarici kanalizasiya xətti çəkilmiş və binanın zirzəmisindəki çirkab sular kənarlaşdırıldıqdan sonra binanın daxili kanalizasiya sistemi yeni plastik boru ilə dəyişdirilmişdir. 

            Avtomobil yollarının tikilməsi və yenidən qurulması ilə yanaşı, yolların istismarı və cari saxlanmasının təmin edilməsi mühüm əhəmiyyət kəsb edir.

Bildiyiniz kimi Masallı şəhərində mərkəzi kanalizasiya və su sisteminin çəkilməsi ilə əlaqədar Əsər şirkəti tərəfindən bir çox yerli əhəmiyyətli və məhəllə daxili yollarda tikinti işləri həyata keçirilmişdir. Tikinti zamanı yollar yararsız hala salınmış və şirkət tərəfindən demək olar ki, yolların az bir hissəsi təmir edilmişdir. Mərkəzi kanalizasiya və su sisteminin çəkilişi zamanı yarımçıq qalan ərazilərdən nümayəndəliyə yolların palçıqlı olması və gediş-gəliş üçün şəraitin olmaması ilə bağlı müxtəlif ərazilərdən şikayətlər daxil olmuşdur. İcra hakimiyyətinin, Yol İstismar idarəsinin birgə köməkliyi ilə Masallı şəhərinin C.Cabbarlı küçəsinə, İsgəndərli və Dadva  ərazisində olan yollarının çox hissəsinə 100-yaxın iri həcmli yük maşınları ilə çınqıl tökülmüş və qreyder texnikası ilə hamarlanmışdır.

             2013-cü il ərzində Mənzil Kommunal Təsərrüfat İstehsalat birliyinin kollektivi tərəfindən istər görülən işin həcmi, istərsə də keyfiyyətinin yaxşılaşdırılması istiqamətində konkret tədbirlər həyata keçirilmişdir.

         Birliyin maddi-texniki bazası Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları tərəfindən 2008-ci ildə rayonumuza hədiyyə edilmiş 4 ədəd texnika, 2010-cu ilin oktyabrında verilmiş 1 ədəd zibil daşıyan maşın, 1 ədəd çirkab suları çəkib daşıyan maşın və 1 ədəd yol süpürən avtotraktor təşkil edir. Ötən il  Birliyin maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədi ilə 1 ədəd zibil daşıyan maşın ayrılmışdır.

Mənzil Kommunal Təsərrüfat İstehsalat birliyinin nəznində yaradılmış yaşıllaşdırma sahəsi də ağacların budanması və suvarması ilə məğul olmuşdur.

         2013-cü ildə şəhər ərazisində yerləşən obyektlərə rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən reydlər keçirilmiş, aşkar edilmiş nöqsanların aradan qaldırılmasından ötəri təkliflər verilmiş, sanitar norma və qaydaları tələblərinə əməl etməyən cavabdeh şəxslər barəsində inzibati cərimə protokolları tərtib edilmişdir.

         Hesabat dövrü ərzində qanunsuz tikililərin qarşısının alınması, zəbt olumuş torpaqların azad edilməsi istiqamətində şəhər bələdiyyəsi ilə birlikdə müntəzəm olaraq işlər aparılmışdır. Belə ki, qanunsuz tikinti işləri aparan şəxslər barəsində müvafiq aktlar yazılmış və inzibati komissiyaya təqdim edilmişdir. Zəbt olunmuş torpaqlarla bağlı 72 nəfər şəhər bələdiyyəsinə rəsmi müraciət etmişdir. Edilmiş müraciətlər əsasında qanuni sənədləşmə işləri həyata keçirilmişdir.

         Masallı şəhər ərazisində 7 tam orta ümumtəhsil məktəbi, 1 litsey və 4 uşaq baxçası yerləşir. 7 tam orta ümumtəhsil məktəbi və 1 litsey üzrə  4643 şagird təhsil alır. Şəhər ərazisində yerləşən 4 uşaq baxçasında isə cəmi 18 qrup üzrə 345 uşaq tərbiyə alır. Uşaqların təlim-tərbiyəsi ilə 26 tərbiyəçi məşğul olur.  2013-cü ildə şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən şəhər ərazisində yerləşən orta ümumtəhsil məktəblərində şagirdlərin, baxçalarda isə uşaqların davamiyyəti ilə əlaqədar  mütəmadi olaraq yoxlamalar aparılmışdır. Orta ümumtəhsil məktəblərində aparılmış yoxlamalar zamanı 10-11-ci siniflərdə davamiyyətin aşağı səviyyədə olması müəyyən olunmuşdur. Bununla əlaqədar olaraq məktəb direktorları ilə birlikdə şagirdlərin valideynləri ilə görüşülmüş və dərsə davamiyyətin yaxşılaşdırılması istiqamətində izahi işlər aparılmışdır. Məktəblərdə davamiyyətin yoxlanılması ilə yanaşı yuxarı sinif şagirdlərinə “erkən nigahın acı nəticələri, “narkomaniya-genefondumuzun bəlasıdır” devizi altında maarifləndirmə işləri aparılmışdır. Bu işdə bizə ağsaqqallar, ziyalılar, din xadimləri, sahə müvəkkilləri yaxından köməklik göstərmişdir.

            2013-cü il ərzində Masallı şəhərində hərbi çağırış yüksək səviyyədə həyata keçirilmişdir. Hərbi xidmət keçmək üçün yaşı düşən hər bir gənc vaxtı-vaxtında hərbi həkim komissiyasından keçmiş və hərbi xidmətə yola salınmışdır. Yola salma mərasimlərində hər bir gəncin valideynləri, yaxınları, dostları iştirak etmiş və onlar yüksək sevinc hisləri ilə hərbi xidmətə yola salınmışlar.

         Ötən il Ulu öndərimiz Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş II Beynəlxalq Folklor Festivalı geniş çərçivədə qeyd olunmuşdur. “İyunun 12-16-da Masallıda keçirilən festivalda dünyanın 12 ölkəsindən incəsənət ustaları öz xalqlarının mahnı və rəqslərini ifa etmişdilər. Festivala Türkiyə, İran, Qazaxıstan, Ukrayna, Belarus, Dağıstan, Gürcüstan, Latviya, Rusiya və sair incəsənət ustalarının kollektivləri qatılmışdır. Onlarla yanaşı, Ağdamın “Qarabağ bülbülləri”, habelə Masallının dörd kollektivi maraqlı konsert proqramı hazırlamışdılar”.

         Masallı rayonunun kənd təsərrüfatı rayonu olmasına baxmayaraq sahibkarlığın yaratdığı münbit şərait nəticəsində rayonda, o cümlədən şəhər ərazisində sahibkarlıq surətlə inkişaf etmiş, bunun nəticəsində sənaye və istehsal müəssisələrinin sayı artmışdır.

Belə ki, ölkə və ölkə hüdudlarından kənarda öz istehsalı ilə məşhur olan “EMBAWOOD” mebel fabriki, “Nur-M” konserv zavodu, “Fəxrəddin-K” kərpic zavodu,  müxtəlif çörək və şirniyyat sexləri və digər sexlər yaradılmışdır. Adları sadalanan müəssisələrin yaradılması Masallı şəhərində işsizliyin aradan qaldırılması üçün öz müsbət təsirini göstərmişdir.

            Ötən il Masallı şəhər ərazisində taxıl əkmiş istehsalçılar iyun, iyul aylarında yüksək səviyyədə, itkisiz biçim işi aparmışlar. İstehsalçılara Dövlət tərəfindən yanacaq və motor yağlarına görə verilən yardım onları daha da həvəsləndirmiş və bunun nəticəsində ötən ilin noyabr, dekabr aylarında istehsalçılar 300 ha yaxın sahədə yüksək səviyyədə əkin işləri aparmışlar. Əkin işi aparılmış sahələrdə əsasən taxıl əkilmiş, o cümlədən 235 ha buğda, 40 ha vələmir, 15 ha arpa və qalan sahələrdə isə tərəvəz və digər məhsullar əkilmişdir.

         “Yaşıllıq və ağac əkmə” kompaniyası ilə əlaqədar Masallı şəhərində, xüsusilə Viləş çayının şəhər ərazisinə düşən hissəsində çoxlu ağaclar əkilmişdir.

            Masallı şəhərində son dövrlərdə gənclər üçün sağlam idman mühiti, asudə vaxtın səmərəli təşkili məqsədi ilə bir sıra obyektlər tikilmiş və istifadəyə verilmişdir. Bunlardan Gənclər Mərkəzi, İdman Olimpiya Kompleksi, Şahmat məktəbi, Taekvando, Boks mərkəzlərini göstərmək olar. Gənclərin intellektual səviyyəsinin yüksəldilməsi, gənclərin vətənpərvərlik ruhunda formalaşması, onların sağlam böyüməsi və sağlam gələcəyi üçün qoyulan vəsait hər bir şeydən qiymətlidir. Son bir neçə il ərzində bilavasitə gənclərlə bağlı xeyli sayda normativ sənədin qəbul olunması ölkəmizdə yeniyetmə və gənclərin asudə vaxtının səmərəli təşkilinə yönəldilmiş mükəmməl qanunvericilik bazasının formalaşdırılmasından xəbər verir. Möhtərəm prezident cənab İlham Əliyev tərəfindən ölkədə həyata keçirilən gənclər siyasəti gənclərin bütün təbəqələrinin hərtərəfli inkişafını təmin etməkdədir.

            Ötən il Masallı şəhərində yeni tikilmiş Heydər Əliyev Mərkəzinin, Yeni Azərbaycan Partiyasının Masallı rayon təşkilatının yeni inzibati binasının, Taekvando, Boks mərkəzlərinin və əsaslı təmirdən çıxmış Mədəniyyət mərkəzinin açılışları olmuşdur. Çox sevindirici bir haldır ki, Sentyabr ayının 4-də cənab Prezident İlham Əliyev Masallı rayonuna səfəri çərçivəsində həmin obyektlərin açılış mərasimində iştirak etmişdir.

            Hesabat dövründə Masallı rayon Polis şöbəsinin əməkdaşları ilə birlikdə mütəmadi olaraq əlaqəli işlər aparılmışdır. Belə ki, ərazimizdə baş verən ailə problemləri, qonşu davası, qanunsuz tikintilər, torpaq problemləri və digər məsələlərin həlli ilə bağlı rayon icra hakimiyyətinin, polis şöbəsinin əməkdaşları, ağsaqqallar, din xadimləri yaxından köməklik göstərmişdir.

            2013-cü ilin oktyabrın 9-da Azərbaycan Respublikası Prezidentinin seçkiləri keçirilmişdir. Həmin gün Azərbaycan xalqı öz həyatının ən məsuliyyətli günlərindən birini yaşamışdır. Hər bir kəs demokratiyanın nailiyyətlərindən bəhrələnərək, növbəti dəfə, öz siyasi iradəsini könüllü olaraq bildirmək imkanı əldə etmişdir. Heydər Əliyev siyasi kursunu uğurla inkişaf etdirərək ölkədə dayanıqlı sabitliyə nail olan, fəaliyyətini xalqa xidmətə həsr edən, siyasi-iqtisadi və sosial-mədəni cəhətdən sivil dövlət quran, çoxlarının qibtə etdiyi qüdrətli ordunu yaradan və hər bir vətəndaşın yaxşı prezidenti olan möhtərəm Prezidentimiz cənab İlham Əliyev yenidən Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. 2014-cü il üçün qarşımızda bir sıra vəzifələr durur. Belə ki, qarşıdan gələn aylarda Tarix diyarşünaslıq muzeyinin, İncəsənət məktəbinin tikintisi, İsgəndərli ərazisində, Azərbaycan, Səməd Vurğun küçələrində genişləndirilmə işlərinin görülməsi, həmin küçələrdə piyada yollarının salınması, işıq dirəklərinin quraşdırılması nəzərdə tutulmuşdur.       

            Masallılılar bütün dövrlərdə dövlətçiliyə, ümummilli liderin siyasi kursuna sadiq olmuşdur. Bu gündə belədir. Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasətini dəstəkləyərək  Masallılılar bundan sonra da müstəqil Azərbaycanın dövlətçiliyinin möhkəmləndirilməsinə və daha da çiçəklənməsinə öz layiqli töhfələrini verəcəkdir.

            Hesabat yığıncağında çıxış edən Masallı rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov 2013-cü ildə ölkəmizin bütün sahələrində qazanılmış uğurlarından, yeniliklərdən və nailiyyətlərdən söz açaraq bildirmişdir ki, Azərbaycan iqtisadi qüdrətini artıran bir ölkəyə çevrilmiş, onun beynəlxalq aləmdə nüfuzu günü gündən artmaqdadır.

            Yığıncaqda rayon icra hakimiyyəti başçısı Rafil Hüseynov çıxış edərək bildirmişdir ki, yola saldığımız 2013-cü il cənab Prezidentin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət nəticəsində həm xarici siyasətdə, həm də iqtisadiyyatda böyük uğurlar ili kimi tarixə qovuşdu. Son 10 ildə cənab İlham Əliyevin qayğı və diqqəti, rəhbərliyi sayəsində respublikada əldə olunan uğurları diqqətə çatdıran natiq qeyd etdi ki, bu illər ərzində Masallı rayonu da uğurlu inkişaf yolu keçmiş, kənd və qəsəbələrimiz öz simasını tamamilə dəyişmişdir.

Sonra natiq 2014-cü ildə qarşıda mühüm vəzifələrin durduğunu qeyd etmiş, qəsəbə və kəndlərin qazlaşdırılmasının sürətləndiriləcəyini, yol infrastrukturunun, rayonun su-kanalizasiya sisteminin yenilənəcəyini, yeni məktəb binalarının, səhiyyə ocaqlarının istifadəyə verilməsi ənənəsini yeni 2014-cü ildə də davam etdirəcəyini tədbir iştirakçılarının nəzərinə çatdıraraq Kolatan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin 2013-cü ildə görülmüş işlər və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağına yekun vurmuşdur.

Keçidlər