Soğan yığılır
28 iyul 2019 | 16:00
Bu gün bazarlarda soğan qıtlığı olmasa da bahalıq hiss olunur. Rayonumuzda bu bitkinin əkin sahələri çox da geniş deyil. Bazar-dükanlarda isə daha çox Saatlı, Kürdəmir, Sabirabad soğanını tapmaq olar.
Masallı Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə həftədə bir dəfə nəşr olunan "Yeni həyat" qəzetinin redaksiyasına verilən məlumata görə r ayonumuzun ərazilərində bu il 126 hektar sahədə soğan yetişdirilib. Daha çox soğan əkən Mahmudavar, Təklə, Lürən, Banbaşı, Türkoba, Güllütəpə ərazilərində soğan yığımına başlanmışdır. Mütəxəssislərin məlumatına görə rayonumuzda yetişdirilən soğan keyfiyyəti ilə seçilir. Odur ki, alıcılar yerli məhsula üstünlük verirlər.