Şriftin ölçüsü :

Saytın rəngi :

BƏSLƏSƏN ATLAS OLAR TUT YARPAĞINDAN...

27 iyul 2019 | 16:00

Bu il rayonumuzun kümçüləri nəticələrini xeyli yaxşılaşdırıblar. Məhsul təhvili başa çatmışdır. Qəbul məntəqələrinə 5,3 ton barama təhvil verilmişdir. Rayon statistika idarəsindən Masallı Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə həftədə bir dəfə nəşr olunan "Yeni həyat" qəzetinin redaksiyasına verilən məlumata görə bu, rayonda baramaçılığa başlanandan sonra ən yüksək nəticədir. Ərazilərdə bu sahəyə maraq və diqqət xeyli artmışdır. Ötən illərdən fərqli olaraq bu il Sərçuvarlılar bu sahədə yüksək məhsul əldə etmişlər. Ərazi kümçüləri 467 kiloqram barama satmağa nail olmuşlar. Atalar demişkən onlar tut yarpağını becərdilər atlas oldu... Ərkivanlılar məhsul təhvilində ikincidirlər. Onlar 460 kiloqram barama sata bilmişlər. Qarğalıq, Xırmandalı, Viləş əraziləri də baramaçılıqda irəlidədirlər.

Keçidlər