Şriftin ölçüsü :

Saytın rəngi :

İqtisadiyyat nazirinin müavini Masallıda vətəndaşları qəbul edib

16 avqust 2019 | 16:00

16 avqust 2019-cu il tarixdə Masallı Sənaye Məhəlləsində İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov Masallı vətəndaşlarını qəbul edib.

İqtisadiyyat Nazirliyinin aidiyyəti struktur bölmələrinin nümayəndələrinin iştirakı ilə keçirilmiş qəbulda vətəndaşlar diqqətlə dinlənilib, qaldırılan məsələlərin əksəriyyəti yerində həll edilib. İqtisadiyyat Nazirliyinin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciət edən vətəndaşlara isə ətraflı izahat verilib, bu müraciətlər aidiyyəti strukturlara çatdırılması üçün qeydiyyata alınıb.
Qəbula gələn vətəndaşlar sahibkarlıq fəaliyyəti, güzəştli kreditlərin verilməsi, turizm müəssisəsinin genişləndirilməsi, investisiya təşviqi sənədinin alınması, sosial və sair məsələlərlə bağlı müraciət ediblər.
Eyni zamanda, qəbula gələn sahibkarların təklifləri müzakirə olunub, onların heyvandarlıq, çəltikçilik, arıçılıq və sair sahələr üzrə investisiya layihələrinin güzəştli kreditlər hesabına maliyyələşdirilməsi məsələsinə baxılması məqsədəuyğun sayılıb.
Qəbula gələnlər regionlarda vətəndaş qəbulunun təşkilinə, göstərilən hərtərəfli diqqət və qayğıya, yaradılan şəraitə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Qəbul çərçivəsində Masallı Sənaye Məhəlləsində müəssisələrin fəaliyyəti ilə tanış olunub. Masallı Sənaye Məhəlləsi Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 iyun tarixli Sərəncamına əsasən yaradılıb. 2018-ci il sentyabrın 18-də açılışı həyata keçirilmiş sənaye məhəlləsi sahibkarların istifadəsinə verilib və burada ilkin olaraq, ümumi dəyəri 5,33 milyon manat olan 10 layihə icra olunur. Bu layihələr döşək və metal yay, uşaq, mətbəx, yumşaq mebel, taxta və metal emalı, işıq dirəkləri, park oturacaqları, dam örtükləri və aksesuarları, plastik qapı və pəncərə istehsalı və sair sahələri əhatə edir. Layihələrin icrası nəticəsində Masallı Sənaye Məhəlləsində 200 iş yeri yaradılıb.

Keçidlər