Şriftin ölçüsü :

Saytın rəngi :

Masallı rayonunda gənc könüllülərə sertifikatlar təqdim edilib

19 avqust 2019 | 16:00

    19 avqust 2019-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyətində təcrübə keçən 2-ci qrup könüllülərlə görüş keçirilib.

      Görüşdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov və aparatı, 2-ci qrup könüllülər iştirak ediblər.
       Görüşü rayon icra hakimiyyətinin başçısı cənab Rafil Hüseynov açaraq, gəncləri salamlayıb və onlara könüllük peşəsini şərəflə, əzmlə icra etmələri münasibətilə təbrik edib.
       İcra başçısı Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 sentyabr tarixli 3236 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı”nda və dövlət başçısının 2019-cu il fevralın 1-də Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısındakı çıxışında dövlət orqanlarına gənclərin potensialından daha səmərəli istifadə etmək, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onlara peşə vərdişlərini aşılamaq, ölkədə könüllülük hərəkatının inkişafı və bu şəbəkənin imkanlarından istifadə edərək gənclərin dövlət orqanlarında təcrübə keçməyə cəlb olunmasını vurğuladı.
       Həmçinin, bildirdi ki, son illərdə ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızda könüllülük fəaliyyətinin geniş vüsat aldığını, ölkəmizdə gənclər arasında könüllülük fəaliyyətinin artıq ənənəyə çevrildiyini, respublikamızın ev sahibliyi etdiyi irimiqyaslı tədbirlərdə könüllü fəaliyyət göstərən gənclərimizin böyük uğura imza atmalarının ölkə başçısı cənab İlham Əliyevin könüllülərin fəaliyyətinə verdiyi yüksək qiymətin bariz nümunəsi olduğunu bildirdi.
      Daha sonra gənclər öz təəssüratlarını bölüşərək şöbələrdə öyrəndikləri işlər haqqında ətraflı məlumat verdilər.
     Sonda icra başçısı Masallı Rayon İcra Hakimiyyətində təcrübə keçmiş könüllü gənclərə - Gülağa Məcidli, Murad Şirindilli, Murad Muradzadə və İlkin Niftiyevə sertifikatlar təqdim etdi.
     Qeyd edək ki, fəaliyyətini başa çatdıran gənc könüllülər Masallı Rayon İcra Hakimiyyətində təcrübə keçən 2-ci qrupdur.
     Elə həmin gün Masallı Rayon İcra Hakimiyyətində 3-cü qrup könüllülərin işinə start verildi.

Keçidlər