Masallıda Gənclər günü qeyd edildi
01 fevral 2014-cü il tarixdə Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Masallı rayon Mədəniyyət evində “2 fevral – Azərbaycan Gəncləri günü” münasibəti ilə tədbir keçirilmişdir .
Tədbiri giriş sözü ilə açan Masallı rayon Gənclər və İdman idarəsinin rəisi Camal Manafov məruzə ilə çıxış edərək əvvəlcə “02 fevral – Gənclər günü” münasibət ilə bütün gəncləri ürəkdən salamlayaraq gəncliyin hər bir nümayəndəsinə cansağlığı, xoşbəxtlik və doğma Azərbaycanın gələcəyi naminə fəaliyyətində yeni nailiyyətlər arzulamışdır. Sonra 2013-cü il ərzində “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikası qanununun müvafiq bəndləri,” Azərbaycan gəncliyi 2011-2015-ci illər ” Dövlət Proqramının, Nazirlik və Rayon rəhbərliyi tərəfindən təsdiq edilmiş tədbirlər planına uyğun olaraq keçirilən tədbirlərdə gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi, tarixi – mədəni irsimizin, dilimizin qorunması, milli mənəvi dəyərlərimizə sahib çıxması, istedadlı gənclərin üzə çıxarılması,gənclərin asudə vaxtlarının səmərəli təşkil olunması, gənc ailələrin sosial reabilitasiyası, sağlam həyat tərzinin təbliği,milli ruhda təhsil və tərbiyəsi”,onların yaradıcılıq axtarışlarının stimullaşdırılması və s. kimi mühüm əhəmiyyətli sahələrdən danışaraq bildirmişdir ki, Gənclərə qayğı təkcə ölkə rəhbərliyi səviyyəsində deyil eyni zamanda Rayonumuzun rəhbəri cənab Rafil Hüseynov tərəfindən də diqqət mərkəzində saxlanılır. Son zamanlar Masallımızda gedən inkişaf, aparılan abadlıq və quruculuq işləri gənclərimizin daha da yüksək nailiyyətlər qazanmağına stimul yaradır.
Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov ilk öncə gəncləri bayram günü münasibətilə təbrik etmiş, onlara xoşbəxt gənclik, sağlamlıq və uğurlu gələcək arzulamışdır.
Natiq vurğulamışdır ki, gənclər hər bir dövlətin gələcəyini, inkişafını istiqamətləndirən cəmiyyətin aparıcı qüvvəsidir. Azərbaycan gənclərinin günümüzün müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında, birmənalı olaraq, dövlətimizin apardığı gənclər siyasətinin mühüm rolu olmuşdur. Ulu öndərimiz Heydər Əliyev həmişə gənclərə böyük inam göstərmiş, onların qüvvəsinə güvənərək vurğulamışdı: “Gənclər cəmiyyətimizin əksəriyyətini təşkil edir, onlar bizim bu günümüz, həm də gələcəyimizdir. Biz Azərbaycan dövləti, xalqımız gənclərə böyük ümidlə baxırıq.”
Ümummilli Liderimizin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyev bu gün bütün sahələrdə olduğu kimi, gənclər siyasətinin uğurla davam etdirilməsinə xüsusi diqqət göstərir. Dövlətin gənclər siyasəti cənab İlham Əliyevin rəhbərliyi ilə yeni mərhələdə daha da inkşaf edir. Bu gün Azərbaycanda gəncliyin potensialına böyük önəm verilməsi, onların qayğı və problemlərinin həll olunması, istək və arzularının reallaşması üçün hər cür əlverişli şərait vardır.
Daha sonra tədbirdə Yeni Azərbaycan Partiyasının sədri Seyfəddin Əliyev çıxış edərək bildirdi ki, Azərbaycan dövlət quruculuğu sahəsində gənclərin müstəsna rolunu və 1996-cı il fevralın 2-də müstəqil Azərbaycan Respublikası gənclərinin birinci forumunun keçirildiyini nəzərə alaraq Ümummilli Liderimiz Heydər Əliyev 1 fevral 1997-ci ildə "2 Fevral – Azərbaycan gəncləri günü elan edilməsi haqqında" Sərəncam imzalamışdır. Sərəncam qüvvəyə mindiyi gündən hər il olduğu kimi bu gün də gənclər günü qeyd edilir.
Sonra tədbirdə İncəsənət universitetinin I kurs tələbəsi Arzu Xəlilova ,Öncəqala kənd tam orta məktəbinin coğrafiya müəllimi Toğrul Məmmədli çıxış edərək Gəncləri 2-Fevral gənclər günü münüsibəti ilə təbrik etmişlər.
Tədbirdə Rayon İncəsənət ustaları geniş konsert proqramı ilə gəncləri salamlamışdı.
Tədbirdə bir qrup fəal gənc Rayon Gənclər və İdman idarəsinin fəxri fərmanları və qiymətli hədiyyələri ilə mükafatlandırıldı.
Sonda tədbir iştirakçıları şirniyyat süfrəsinə dəvət olundu.