Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni Azərbaycan Partiyasının Masallı gəncləri ilə görüşü

24 avqust 2019 | 16:00

24 avqust 2019-cu il tarixdə Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə Masallı Olimpiya İdman Kompleksində gənclərlə görüş keçirilib.

Görüşdə Azərbaycan Respublikası Baş Nazirinin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi Əli Əhmədov, YAP icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov, deputatlar Hadi Rəcəbli, Nəriman Əliyev və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Görüş Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Yeni Azərbaycan Partiyasının Masallı Rayon Təşkilatının sədri Seyfəddin Əliyev tədbiri açaraq Yeni Azərbaycan Partiyasının memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində ölkəmizin gündən-günə inkişaf etdiyini, yeni nailiyyətlərin qazanıldığını bildirib. O, Azərbaycanı dünya miqyasında idman, multikulturalizm, milli tolerantlıq və bir çox digər sahələr baxımından nümunəvi ölkəyə çevrildiyini qeyd edib.
Sonra Azərbaycan Respublikası Baş Nazirinin müavini, YAP sədrinin müavini-icra katibi Əli Əhmədov çıxış edib. Əli Əhmədov ölkəmizdə gənclər üçün hər cür həyat şəraitinin yaradıldığını bildirib. Baş Nazirin müavini gənclərin Azərbaycanda və ondan kənarda da dövlətimizi və dövlətçiliyimizi müdafiə etdiklərini deyib.
YAP sədrinin müavini qeyd edib ki, biz gənclərimizə böyük inamla yanaşırıq: “Onların bu günü və gələcəyi üçün Azərbaycan hökuməti böyük işlər görməkdədir. Prezident İlham Əliyevin apardığı siyasətdə gənclərə çox böyük önəm verilir. Bu gün biz gənclərlə ciddi şəkildə işləyirik, onlarla müxtəlif tədbirlər keçiririk. İstəyirik ki, Azərbaycanın gələcəyi etibarlı əllərdə olsun. Gənclik, eyni zamanda, gələcək, müasirlik deməkdir. Biz istəyirik ki, Azərbaycanın gəncləri yaxşı təhsil alsınlar və biliklərə yiyələnsinlər. Əminəm ki, gənclərimiz Prezident İlham Əliyevin yürütdüyü siyasəti dəstəkləməklə həmin siyasətin həyata keçməsinə öz töhfələrini verəcəklər”.
Sonra Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli, Milli Məclisin deputatı Nəriman Əliyev çıxış edərək gənclərin fəallığından, rayonun ictimai-siyasi həyatında yaxından iştirak etmələrindən, dövlətə, dövlətçiliyimizə, Prezident İlham Əliyevin apardığı uzaqgörən siyasətə həmişə sədaqətli olmalarından bəhs ediblər.
Daha sonra idmançılar öz məharətlərini göstəriblər.
Tədbir incəsənət nümayəndələrinin çıxışları ilə davam edib.

Keçidlər