Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda Yeni Azərbaycan Partiyasının zona müşavirəsi

24 avqust 2019 | 16:00

24 avqust 2019-cu il tarixdə Masallı şəhər Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyası Masallı, Cəlilabad, Yardımlı və Biləsuvar rayon təşkilatları sədrlərinin iştirakı ilə zona müşavirəsi keçirilib.
Müşavirədə çıxış edən Baş Nazirin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi Əli Əhmədov ölkəmizdə sosial-iqtisadi inkişaf sahəsində qazanılmış uğurlardan danışıb.
YAP sədrinin müavini, həmçinin bildirib ki, partiya üzvləri qazanılan uğurları geniş təbliğ etməli, bu işdə sosial şəbəkənin imkanlarından faydalanmalıdırlar. Müstəqil Azərbaycanın inkişafını görmək istəməyən dairələrin, o cümlədən radikal müxalifətin sosial şəbəkələr vasitəsilə ölkəmizə qarşı qarayaxma kampaniyası apardıqlarını diqqətə çatdıran Əli Əhmədov bu dairələrin əsl niyyətlərinin ifşa olunmasında gənclərin fəal olmasının vacibliyini vurğulayıb.
Zona müşavirəsində çıxış edən Masallı, Cəlilabad, Yardımlı və Biləsuvar rayon təşkilatlarının sədrləri görülən işlər barədə məlumat verərək, qarşıda duran vəzifələrlə bağlı təkliflərini bildiriblər.

Keçidlər