Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda “Cəsurlar” hərbi-idman və turizm oyunlarının rayon birinciliyi keçirildi

08 fevral 2014 | 16:00

07 fevral 2014-cü il tarixdə Masallı şəhər 3 saylı tam orta məktəbdə rayonun Təhsil şöbəsinin və Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə Gənclərin hərbi vətənpərvərlik tərbiyəsinin gücləndirilməsində, onların fiziki hazırlıqlarının artırılmasında, həmçinin ordu sıralarına hazırlanmasında  müstəsna əhəmiyyəti olan “Cəsurlar” hərbi-idman və turizm oyunlarının rayon birinciliyi keçirilmişdir

         Yarışın açılış mərasimində Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov çıxış edərək komandaları salamlamış və “Cəsurlar” hərbi - idman və turizm oyununun keçirilməsində məqsədin yeniyetmələrlə aparılan hərbi vətənpərvərlik tərbiyəsi işini daha da gücləndirmək, orta məktəb şagirdlərinin hərbi-idman oyunlarına geniş cəlb etməklə onların ordu sıralarında xidmətə hazırlığını və turizm hərəkatının inkişaf etdirilməsini təmin etməkdən ibarət olduğunu bildirdi. C.Manafov çıxışında onu da qeyd etdi ki, “Cəsurlar”  hərbi–idman və turizm oyununun məktəbdaxili seçmə yarışları artıq yekunlaşmışdır. Bu gün oyunların ikinci mərhələsi olan rayon birinciliyi yarışıdır. Rayon birinciliyində qalib gələn komanda  2014-cü ilin mart ayında Neftçala şəhərində keçiriləcək zona mərhələsində rayonumuzu təmsil edəcəkdir.
          Rayonun orta ümumtəhsil məktəblərinin komandalarının iştirak etdiyi yarış gərgin mübarizə şəraitində keçmişdir. Yarışın əsasnaməsinə uyğun olaraq sıra hazırlığı mərhələsi keçirildikdən sonra komandalar estafet mərhələsini davam etdirmişlər.
         Yarışın yekun nəticəsinə əsasən S.Tağıyev adına Digah  tam orta məktəbin komandası I yeri, Şəhər 1 saylı tam orta məktəbin komandası II yeri  və S.Hacıyev adına Kalinovka kənd tam orta məktəbin komandası III yerləri  tutmuşdur. Qalib komandalar Gənclər və İdman İdarəsinin diplomları ilə təltiof olunmuşlar.

Keçidlər