Turistlər Masallının İsti su turizm və istirahət mərkəzində
Ölkəmizin cənub bölgəsinin turizm potensialının təbliğ olunması, bölgəyə xarici turistlərin marağının artırılması ilə bağlı Almaniya və Rusiyadan olan turistlər üçün Masallı rayonuna da növbəti infoturlar təşkil edilib.
Masallı Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə həftədə bir dəfə nəşr olunan "Yeni həyat" qəzetinin redaksiyasına daxil olan məlumata görə infoturun ikinci günü xarici qonaqlar Masallı İsti su turizm və istirahət mərkəzinə səyahət edərək, buranın zəngin flora və faunası ilə tanış olublar. İsti su qonaqların böyük marağına səbəb olub. İsti su turizm və istirahət mərkəzinin işçiləri turistlərə Cənubun gözəl və əsrarəngiz gözəlliyi, şəfalı suyu haqqında geniş məlumat veriblər. BU, xarici turistlərdə marar oyadıb, onları maraqlandıran suallar cavablandırılıb. Cənub qonaqpərvərliyinə heyran qalan, Almaniya və Rusiyadan olan turistlər İsti su turizm və istirahət mərkəzindən ayrılmaq istəməyiblər.