Şriftin ölçüsü :

Saytın rəngi :

BƏDƏLAN KƏND SAKİNLƏRİ İLƏ GÖRÜŞ

13 oktyabr 2012 | 15:00

Masallı Rayon İcra Hakimiyyəti Başçısının səyyar qəbulu 10.10.2012-ci il tarixdə Bədəlan kəndində keçirilmişdir. Bədəlan ərazisi Bədəlan, Çayqıraq, Dəmirçi və Aşurlu yaşayış məntəqələrini əhatə edir. Ərazinin 7986 nəfər əhalisi və 1300 ha torpaq sahəsi vardır. Həmçinin ərazidə 1 tam orta məktəb,2 ümumi orta məktəb, 1 uşaq bağçası, 1 Masallı Peşə məktəbi, 1 tibb məntəqəsi, 1 poçt, 1 EATS və 1 klub fəaliyyət göstərir. Bədəlan ərazisində təşkil olunmuş görüşü Masallı Rayon İcra Hakimiyyətinin Başçısı Rafil Hüseynov açaraq əhalini salamlamış, son illərdə ölkəmizin sosial- iqtisadi inkişafı naminə dövlət səviyyəsində həyata keçirilən tədbirlərin icmalını vermiş, regionlara göstərilən diqqəti nəzərə çatdırmış, Masallıda görülən abadlıq-quruculuq işlərindən bəhs etmişdir. Sonra əhalidən onları narahat edən məsələlər barədə məlumat və təklif vermələrini istəmişdir. Kənd ziyalılarından Allahverən Babayev, Aytən Şükürova, ağsaqallardan Xeyrulla Əzizov, Həsən Cəfərov, kənd sakinlərindən Cani Əliyev, Niftulla Alışov və başqaları çıxış edərək Bədəlan kəndinin qazlaşdırılmasına, Dəmirçi kəndində 1 km yola asfaltın vurulmasına, kəndin ara yollarının çınqılla döşənməsinə, Aşurlu-Çayqıraq yoluna 1 km asfaltın vurulmasına, Bədəlan ərazisi üzrə 800 metr uzunluğunda su aparıcı kanalın təmizlənməsinə, 17 ədəd yararsız elektrik dirəklərinin dəyişdirilməsinə, Dəmirçi kənd ümumi orta məktəbin əsaslı təmir olunmasına və ərazidə istirahət mərkəzinin tikilməsinə görə kənd əhalisi adından ölkə prezidenti Cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər. Sonra sakinlər ərazinin mərkəzi küçəsinin 700 metrinə asfalt vurulmasına, ərazidə yararsız elektrik dirəklərinin dəyişdirilməsinə, mərkəzi yolların əsaslı təmir olunmasına, suaparıcı kanalların təmizlənməsinə və Dəmirçi kəndində tikintisinə başlanılmış körpünün başa çatmasına köməklik göstərilməsini xahiş etmişlər. Masallı Rayon İcra Hakimiyyətinin Başçısı Rafil Hüseynov görüşü yekunlaşdıraraq, verilən təkliflərin nəzərə alınacağını qeyd etmişdir.
 

Keçidlər