Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda “İntellekt” bilik yarışı

13 fevral 2014 | 16:00

12 Fevral 2014-cü il tarixdə Masallı rayon Gənclər Mərkəzində Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı və Masallı rayon Təhsil şöbəsinin dəstəyi  ilə “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının müvafiq bəndlərinin icrasının təmin ediləsi məqsədilə 14-29 yaşlı gənclər və  Masallı rayon  ümumtəhsil məktəblərinin IX-X-XI sinif şagirdləri arasında   “İntellekt” bilik yarışı üzrə Rayon  birinciliyi keçirilmişdir.

       Tədbirin açılış mərasimində rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov çıxış edərək iştirakçıları salamlamış və cənab Prezident İlham Əliyevin gənc nəslə xüsusi diqqət yetirdiyindən, onlara hər bir sahədə göstərilən diqqət və  qayğıdan həmçinin respublikada dövlət gənclər siyasətinin uğurlu inkişafından danışmış,tədbirin məqsəd və vəzifələri haqqında məlumat vermişdir.
“İntellek” oyununun keçirilməsində əsas məqsədin gənclərin intellektual səviyyəsini, dünyagörüşünü, zehni inkişafını stimullaşdırmaq, onlar arasında bilik və elmin nüfuzunu artırmaq, Azərbaycanın zəngin milli mədəniyyətinin və tarixinin təbliği eləcə də gənclərin asudə vaxtlarının səmərəli təşkili istiqamətində yeni üsullar tətbiq etməkdən ibarət olduğu bildirilmişdir.

Gərgin və maraqlı keçən İntellektual bilik yarışda 45 məktəbin komandasından 225 nəfər şagird öz bilik -bacarıqlarını və intellektual səviyyələrini sınamışlar. Yarışın yekununda N.Nərimanov adına Şəhər 2 saylı tam orta məktəbin komandası I yerə, B.Nuriyev adına Binə Xocavar kənd tam orta məktəbinin komandası  II yerə, S.Tağıyev adına Şəhər 4 saylı tam orta məktəbin və Ə.Məmmədov adına Öncəqala kənd tam orta məktəbin komandaları III-IV yerlərə layiq görülmüşlər.

Fəallığına  görə isə  Qəriblər kənd tam orta məktəbin komandası və Bala Kolatan kənd tam orta məktəbin komandası diplomla təltif edilmişdir.

         Rayon  birinciliyində  qalib gəlmiş  bütün  komanda   üzvləri     Rayon  Gənclər və İdman idarəsi tərəfindən  diplom, medal və qiymətli hədiyyələrlə  təltif olunmuşlar

Keçidlər