Masallı Dövlət Regional Kollecində "Bilik günü" qeyd olundu
16 sentyabr 2019-cu il tarixdə Masallı Dövlət Regional Kolleci öz qapılarını növbəti dəfə tələbələrin üzünə açdı.
Masallı Dövlət Regional Kollecinin direktoru, "tərəqqi" medallı Vidadi Nəzərov Yeni dərs ilinin başlanması münasibətilə keçirilən tədbirdəki çıxışında toplaşanları “Bilik günü” münasibətilə təbrik etdi. Dedi ki, bu məktəb Azərbaycan Prezidenti cənab İlham Əliyevin Masallıya səfəri zamanı ictimaiyyət nümayəndələri tərəfindən səsləndirilən təkliflər əsasında yaradılıb. Masallı təhsilinə göstərilən yüksək qayğıya görə ölkə rəhbəri İlham Əliyevə və Azərbaycanın Birinci vitse-Prezidenti Mehriban xanım Əliyevaya dərin minnətdarlıq ifadə etdi. Masallıda belə uğurlu layihənin reallaşması üçün böyük zəhmət çəkmiş cənab başçı Rafil Hüseynovun da xidmətini xüsusi qeyd etməliyik
Kollecin direktoru Vidadi Nəzərov müəllim və şagird kollektivini, qonaqları səmimi salamlayaraq məktəb haqqında ümumi məlumat verdi. Bildirdi ki, əvvəllər burada beş ixtisas üzrə 100-dən artıq tələbə təhsil alırdısa, bu il təkcə Masallı rayonundan 100-dən çox tələbə təkcə qəbul olunmuşdur.
Tələbələr sırasında Naxçıvan, Bərdə, Quba, Cəlilabad, Biləsuvar və digər bölgələrdən olan gənclər daha çoxdur.
Çıxışçılar, o cümlədən tələbə oğlan və qızlart dövlət qayğısına cavab olaraq yaxşı oxumağa və gələcəkdə gözəl mütəxəssis olmağı vəd etdilər .