Şriftin ölçüsü :

Saytın rəngi :

"Heydər Əliyev və neft strategiyası"

20 sentyabr 2019 | 16:00

Masallı şəhər Heydər Əliyev Mərkəzində "Əsrin müqaviləsi "nin imzalanmasının 25-ci ildönümü münasibəti ilə "Heydər Əliyev və neft strategiyası " mövzusunda tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan Masallı şəhər Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva bildirdi ki, Bu tarixi hadisə xalqımızın yaddaşında əbədi yaşayacaqdır. Çünki məhz bu tarixi addımla müstəqilliyini bir daha sübut edən Azərbaycan öz sərvətlərinə tam sahib olduğunu bütün dünyaya nümayiş etdirib. "Əsrin müqaviləsi ” ilə əsası qoyulmuş milli neft strategiyasının uğurlarının nəticəsi olaraq Azərbaycanın regionun lider dövləti, eləcə də regional və qlobal iqtisadi layihelerin aparıcı iştirakçılarından biri kimi tanınmasına şərait yaranıb. Bu gün ölkəmizdə əldə edilən bütün iqtisadi uğurların başlanğıcında məhz milli neft strategiyası, bu strategiyanın ilk şanlı səhifəsini və təməl daşını isə Ümummilli liderimiz Heydər Əliyevin müəllifi olduğu " Əsrin müqaviləsi " təşkil edir. Tədbirin sonunda mövzu ilə bağlı video material nümayiş olunub.

Keçidlər